Müxalifətdən Ərdoğana sürpriz RƏQİB


Müxalifətdən Ərdoğana sürpriz RƏQİB



Türkiyədə 2023-cü ildə keçirilcəcək prezident seçkiləri ilə bağlı növbəti sorğu keçirilib.
Cebhe.info xəbər verir ki, “ASAL” araşdırma şirkətinin hazırladığı sorğuda vətəndaşlara ““Millət İttifaqı”nın namizədi kim olmalıdır?” sualını ünvanlanıb.
Cəmiyyətin nəbzinin yoxlanıldığı sorğuda 3 min nəfərin iştirak etdiyi açıqlanıb.
Sorğunun nəticələrinə əsasən, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş 25,8 faiz səslə digər rəqiblərini böyük fərqlə geridə qoyub.
Respondentlərin 11,5 faizi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun, 9,4 faizi isə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini dəstəkləyib.
Həmçinin, İYİ Partiyanın sədri Meral Akşener 7,2 faiz səslə rəqiblərinin gerisində qalıb.
Sorğudakı digər namizdələrin topladığı səslərin faiz nisbəti isə belə olub:
*Səlahəddin Dəmirtaş: 5,5%
*Məhərrəm İncə: 1%
*Abdullah Gül: 0,8%
*Tunç Soyer: 0,6%
*Əhməd Davudoğlu: 0,4%.

Sorğuda iştirak edən vətəndaşların 36,7 faizi isə suala cavab verməkdən imtina edib.
Tarix: 23-06-2022, 22:56
Xəbəri paylaş





Xəbər lenti