Müharibədəki Ukrayna Ordusunu onlar yönəldir


Müharibədəki Ukrayna Ordusunu onlar yönəldir



Bir sıra NATO ölkələrinin xüsusi təyinatlı bölmələri Ukrayna ərazisində gizli iş aparır. 
Cebhe.info xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb. 
Qəzetin əldə etdiyi məlumata görə, Ukraynada Böyük Britaniya, Fransa, Kanada və Litvadan olan mütəxəssislərlə yanaşı, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları da var. Onlar kəşfiyyat və silah təchizatı baxımından koordinasiya edir, həmçinin Ukrayna qoşunlarına təlim keçir.
Qeyd olunur ki, Qərb xüsusi təyinatlılarının iş strukturu Əfqanıstanda Şimali Atlantika Alyansının təcrübəsi əsasında qurulub və digər məsələlərlə yanaşı, Qərb ölkələrindən Ukraynaya silahla karvanların hərəkətinin əlaqələndirilməsinə yönəlib. Qəzetin yazdığına görə, Qərb mütəxəssisləri cəbhə xəttinə yaxın deyil və qərargahdan dəstək verirlər.
Bundan əvvəl ABŞ və NATO Rusiya Federasiyası ilə birbaşa qarşıdurmadan qaçmaq üçün Ukrayna ərazisinə qoşun yeritməyəcəklərini dəfələrlə bəyan edib.
Tarix: 27-06-2022, 08:15
Xəbəri paylaş





Xəbər lenti