Ərdoğan-Kılıçdaroğlu qarşıdurması: Xalq kimi prezident görmək istəyir? - SORĞU
Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı məsələ öz aktuallığını qoruyur.Cebhe.info xəbər verir ki, seçkilərlə bağlı növbəti dəfə sorğu keçirilib.
Belə ki, “ORC Araşdırma” şirkərti Türkiyənin 51 əyalətində 15 750 insan arasında geniş bir sorğu keçirdiyini açıqlayıb. Sorğuda iştirak edənlərə
“Kamal Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğanın rəqibi olsa, səs verərsiniz?” sualı ünvanlanıb.
Sorğuda diqqət çəkən nəticələr ortaya çıxıb.Respondentlərin 50.3 faizi Kılıçdaroğluna səs verəcəyini, 37.4 faizi isə CHP sədrini dəstəkləməyəcəyini bildiriblər. Sorğuda iştirak edənlərin 12.3 faizi isə qərarsız qaldıqlarını deyiblər.
Həmçinin, respondentlərdən seçkidə “Millət İttifaqı”na, yoxsa “Cümhur İttifaqı”na səs verəcəkləri də soruşulub. Bu zaman 54.7 faiz vətəndaş
“Millət İttifaqı”nı, 36.6 faiz isə “Cümhur İttifaqı”nı dəstəkləyəcəyini söyləyib. Eyni zamanda, 8.7 faiz respondent də qərarsız olduğunu etiraf edib.
Bununla yanaşı, seçkidə iştirak edənlərin 51.9 faizi Türkiyənin parlament üsul-idarə sisteminə keçməsini istədiyini, 32.4 faiz isə bunun əleyhinə olduğunu bildirib.
Xatırladaq ki, “ORC Araşdırma” şirkəti 2018-ci ildə keçirdikləri sorğu ilə Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyini öncədən doğru proqnozlaşdırmışdı.
Tarix: 28-06-2022, 15:14