Yaxud, Fransanın Ermənistan sevgisinin tarixi, mənəvi və psixoloji səbəbləri...Dünyanın hər yerində qatillər və qurbanlar bir-birinə bənzəyir. Bu həqiqəti anlamaq üçün Korsika və Qarabağın işğal tarixinə nəzər salmaq, bu işğalların Korsika və Azərbaycan xalqının həyatına gətirdiyi məşəqqətləri xatırlamaq kifayətdir. Əslində bu tarix işğalçılıq və soyqırım siyasətinin hər iki xalqın həyatına gətirdiyi məhrumiyyətləri əks etdiməklə yanaşı, Fransanın Ermənistanı niyə, hansı səbəbdən himayə etməsinin mənəvi-psixoloji əsaslarını də izah edir.
Jan-Qi Talamoninin anti-Fransa açıqlaması Parislə yanaşı, İrəvanı necə ifşa edir? Korsika və Qarabağın işğal tarixinin tədqiqi göstərir ki, hər iki ərazinin işğalı və ilhaqına hazırlıq prosesi Fransa və Ermənistan tərəfindən eyni ssenari və dəsti-xətlə həyata keçirilmiş, eyni hiylə və amansızlıqla reallaşdırılmışdır. Bunu Korsika Parlamentinin sabiq prezidenti, "Nazione" Korsika Milli Hərəkatının üzvü Jan-Qi Talamoninin Türkiyə mətbuatına verdiyi açıqlama bir daha sübut edir. Jan-Qi Talamonin qeyd edir ki, Fransa Korsikanın etnik tərkibini süni şəkildə dəyişməyə çalışır və bu məqsədlə də Fransadan bura minlərlə fransızın köçürülməsi siyasətini həyata keçirir:
“Korsika əhalisinin sayı 300 mindən çox olmasına baxmayaraq, Fransa hər il materikdən adaya 4-5 min fransız göndərərək buranın etnik tərkibini dəyişməyə çalışır. Bu da fransız müstəmləkəçiliyinin növbəti təzahürüdür”. (
//apa.az/avropa/korsikali-feal-fransa-adanin-etnik-terkibini-deyismeye-calisir-823735 ).
Jan-Qi Talamonin gündəmə gətirdiyi bu fakt ermənilərin və onu himayə edən beynəlxalq güclərin Qarabağdan azərbaycanlıları didərgin salması və bu torpaqlarda müxtəlif ölkələrdən gətirilən ermənilərin yerləşdirilməsi faktını yada salır. Xüsusilə də, sovet dönəmində müntəzəm xarakter alan bu siyasət nəticəsində Qarabağda yaşayan ermənilərin sayı hər ötən ilə nisbətən süni şəkildə tədricən artırılmış, Azərbaycan xalqının tarixi torpaqlarının erməniləşdirilməsinə cəhd göstərilmişdir.
Bu proses Qarabağ münaqişəsinin hərbi platformaya keçməsi ilə daha sistemli və amansız hal almış, azərbaycanlıların öz tarixi torpqlarından qovulması prosesi minlərlə soydaşımızın öldürülməsi ilə paralel şəkildə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, 30 ilə yaxın bir dövrü əhatə edən işğal dönəmində Qarabağda bir nəfər də olsun azərbaycanlının yaşamasına imkan verilməmiş, torpaqlarımıza Ermənistanla yanaşı Livan, Suriya və digər ölkələrdən minlərlə erməni ailəsi köçürülmüşdür. Məqsəd Qarabağı erməniləşdirmək, burada İrəvanın işğalçıqlıq siaysətinin davamı üçün sosial baza formalaşdırmaq, tarixi Azərbaycan torpaqlarını dünyaya ikinci erməni dövləti adı ilə tanıtmaq idi. Hansı ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı erməni işğalından azad etmiş, düşmənin məkirli planlarını qətiyyətlə pozmuş, tarixin zibilliyinə göndərmişdir.
Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti Vətən müharibəsindən sonra da sovet dönəmindən Qarabağda yaşayan ermənilərin bu torpaqlarda qalması üçün hər cür şəraiti, eləcə də təhlükəsizliyitəmin etmiş, onlara qayğı və həssaslıqla yanaşmışdır.
Rəsmi Parisin Korsikaya hər il minlərlə fransız ailəsi köçürməsi, Fransanın kiçik Korsika xalqını öz içində “əritmək”, assimilyasiya etmək, tənhalaşdırmaq və mənəvi baxımdan təslim etmək niyyətindən xəbər verir. Əslində Jan-Qi Talamoni Fransanın bu addımını ifşa etməklə yanaşı, həm də onun “ruhi-mənəvi əkizi” olan Ermənistanın da oxşar tarixi cinayətini gündəmə gətirməkdə, yada salmaqdadır.
Ana dili qatilləri və mədəni soyqırım Korsikalı fəalın sözügedən açıqlamasında Fransanın mədəni müstəvidə həyata keçirdiyi cinayətlər də yer alıb. Jan-Qi Talamoni mətbuata açıqlamasında bildirir ki, Fransa işğal dönəmində Korsika dili və mədəniyyətini də hədəf almaqda, Krosika xalqının ana dilini və mədəniyyəti də sıradan çıxarmaq niyyətindədir:
“Fransa mədəniyyət və dil siyasəti vasitəsi ilə də adadaki vəziyyətə müdaxilə edərək, Korsika dilini məhv etmək istəyir”.
Şübhəsiz, Fransanın Korsika dilini, Korsika mədəniyyətini məhv etməyə çalışması səbəbsiz deyil. Çünki dil hər bir xalqı ayaqda tutan, onu özünəməxsus edən, yaşadan başlıca faktordur. Ana dili xalqla keçmiş və gələcək arasında ruhi-mənəvi körpü deməkdir. Bu körpünü dağıtmaq xalqı öz milli kökündən, keçmişindən və gələcəyindən ayrı salmaq deməkdir. Və tarix ana dilini itirdiyi, milli mədəniyyətini unutduğu halda var olmaqda, yaşamaqda, uğur qazanmaqda davam edən bir xalqa rast gəlməyib. Bu səbəbdən də Fransa Korsika xalqını ana dilindən məhrum etmək, bu dili xalqa untudurmaq üçün hər vasitədən istiafdə etməkdə, mədəni müstəvidə soyqırım həyata keçirməkdədir.
Onu da qeyd edək ki, Fransanın Korsika xalqının dilinə, mədəniyyətinə qəsd etməsi Azərbaycan tərfindən rəsmi şəkildə qınanılmış, Milli Məclisdə yaradılmış Korsika xalqına dəstək qrupu bununla bağlı Bəyanat yaymışdır. Bəyanatda deyilir: “Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir”. (
//apa.az/xarici-siyaset/milli-meclisde-yaradilmis-korsika-xalqina-destek-qrupu-beyanat-yayib-817463).
Fransanın Korsikada reallaşdırdığı mədəni soyqırım işğal dönəmində Ermənistan tərəfindən Qarabağ və ətraf rayonlarda həyata keçirilmiş, məktəblər, kitabxanalar, muzeylər, mədəni və dini abidələr məhv edilmiş, dağıdılmışdır. Talanan, təhqir edilən dini-mədəni binaların bəzisindən ermənilər tövlə kimi istifadə etmiş, bəzi incəsənət nümunləri isə oğurlanaraq İrəvana və digər ölkələrə daşınmışdır.
Ermənistan işğal etdiyi əraziləri erməniləşdirmək, özününküləşdirmək və bu ərazilərin guya tarixən erməni torpağı olması yalanına beynəlxalq ictimaiyyəti inandırmaq üçün müxtəlif abidə və tikililərin üzərində qədim erməni dilində yazılar yazmış, xüsusilə də alban kilsələri və digər dini abidələri xaç və erməni əlifbası ilə “bəzəmişdir”. Bu fakt Fransa və Ermənistanın başqa xalqların din və mədəniyyətinə eyni böyüklükdə nifrət bəslədiyini, digər xalqların mədəni dəyərlərini eyni amansızlıqla hədəf aldığını göstərir.
Faciə içindəki məzhəkə, məzhəkə içindəki faciə... Maraqlıdır ki, həm Fransa, həm də Ermənistan həyata keçirdiyi işğal və cinayətləri eyni həyasızlıq və riyakarlıqla inkar etməyə və gizlətməyə çalışmış, buna nail olmaq üçün onilliklər uzunu əsl məzhəkə təşkil etmişdilər. Məsələn, Qarabağın “tarixi erməni torpağı” olduğunu iddia edən Ermənistan dünya ictimaiyyətini inandırmağa çalışırdı ki, onların minlərlə azərbaycanlını qətlə yetirməsi “ali və müqəddəs məqsədə” – tarixi ədalətin bərpasına xidmət edir və buna görə də alqışlanmalıdır. Rəsmi İrəvan, eləcə də erməni diasporu, lobbi təşkilatları öz yalanlarını təbliğ etmək üçün filmlər çəkir, teatr tamaşaları ortaya qoyur, Qarabağda qətlə yetirdikləri mədəniyyət və incəsnətin imkanlarından öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar.
Ermənistan kimi Fransa da Korsikanın işğalına haqq qazandırmaq üçün eyni dərəcədə gülünc və əsassız iddialar səsləndirmişdir. Rəsmi Paris bu gün də iddia edir ki, Korsikada dalğalanan Fransa bayrağı yerli xalqın “rifahı və təhlükəsizliyinə” xidmət edir. Paris dünya xalqlarını inandırmağa çalışır ki, guya Fransanın Korsikadakı mövcudluğu yerli xalqın mənafeyinə uyğundur və xalq özü bu mövcudluğu dəstəkləyir.
Göründüyü kimi, həm Fransa, həm də Ermənistan həyasızcasına bəşəriyyəti öz yalanlarına inandırmağa cəhd edirlər. Bildirirlər ki, guya axıtdıqları qanlar ali ideya və həqiqətlərə xidmət edir və burada nə qanun, nə də insanlığa zidd heç nə yoxdur. Bu faktın özü Fransa və Ermənistan rəsmilərinin faciə içərisində məzhəkə, məzhəkə içərisində faciə yaratdığını, onların bütün insani dəyərlərdən uzaq olduğunu göstərir.
Fransa və Ermənistanın ilhaq siyasəti, yaxud “cinayətdən sonrakı cinayət”... Fransa və Ermənistanın Korsika və Qarabağda həyata keçridiyi işğalçılıq siyasətində digər ortaq nöqtələrədn biri də, hər iki işğalçının eyni zamanda ilhaq siyasəti həyata keçirməsidir. Həm Korsika, həm də Qarabağın işğal tarixinin tədqiqi sübut edir ki, Fransa və Ermənistan başqa xalqa məxsus əraziləri işğal etməklə kifaytələnməmiş, həm də bu torpaqları özlərinə birəşdirmək – ilhaq etmək siyasəti yürütmüşdür. Başqa sözlə desək, Qarabağ və Korsikanı işğal etməklə bəşəri cinayət törədən Ermənistan və Fransa, bunun ardınca ilhaq siyasəti gerçəkləşdirməklə daha bir cinayətə imza atmışdır.
30 illik işğal dönəmində Qarabağa minlərlə erməni ailəsinin köçürülməsi, bu ərazidə çoxlu sayda hərbi hissələrin, müdafiə sədləri və istehkamların inşa olunması, torpaqlarımızdakı təbii resursların istismarı və s. buna nümunədir.
Ermənistanın Qarabağdakı ilhaq siyasəti Fransa tərəfindən Korsikaya münasibətdə də geniş miqyasda tətbiq edilmiş və bu gün də davam etməkdədir. Korsikada demoqrafik vəziyyəti Fransanın xeyrinə dəyişmək, fransız dili və mədəniyyətini yerli dil və mədənyyəti sıxışdırmaq hesabına təbliğ etmək, Korsikanın iqtisadi inkişafını süni şəkildə əngəlləmək, Korsikanın müstəqil yaşaya bilməyəcəyi fikrini təlqin etmək və s. rəsmi Parisin əsrlərdir yürütdüyü siyasətin tərkib hissəsidir. Amma sevindiricidir ki, Fransanın yüzilliklər boyu həyata keçirdiyi ilhaq siyasətinə baxmayaraq, Korsika xalqı öz milli kimliyini - ana dilini, mədəniyyətini, mübarizə ruhunu qoruyub saxlamağı bacarmışdır.
Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi sayəsində Qarabağı erməni işğalından azad etsə də, Korsika hələ də Fransa imperializminə qarşı mübarizəsini davam etdirməkdə, əsarətdən qurtulmaq üçün ciddi səylər göstərməkdədir. Qürurvericidir ki, hər zaman məzlum, əzilən xalqların yanında yer alan Azərbaycan, onun Prezident İlham Əliyev Korsika xalqını açıq şəkildə, cəsarətlə dəstəkləməkdə, Parisin işğalçılıq siaysətini uğurla ifşa etməkdədir.
Xalqımız əmindir ki, dünyanın demokratik, azadlıqsevər xalqlarının dəstəyi ilə Korsika xalqı gec-tez layiq olduğu azadlığa qovuşacaq, müstəqil dövlət kimi bəşəriyyətin rifahına və tərəqqisinə töhfələr verəcək.
Seymur ƏLİYEV
Tarix: 25-02-2024, 22:25