Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayan ölkə ərazisinin Ermənistanın silahlanmasında ....

Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayaran ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında jurnalistlərə deyib ki, əvvəlcə Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq lazımdır ki, sonrakı mərhələdə buna Rusiya, İran və Ermənistan qoşulsunlar. Numan Kurtuluş bunu deyərkən ötən həftə Ankarada görüşdüyü Gürcüstanın xarici işlər nazirin sözlərinə istinad edib:
“Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaqdır”.
Gürcü nazirin bu sözləri mənə maraqlı gəldi. Birincisi, Gürcüstan hakimiyyəti 3+3 platformasında məhz ona görə iştirak etmir ki, orada Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya var. İkincisi, Gürcüstanın Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Bakı və Ankara üçün həssas olan Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır. Fransa Ermənistana növbəti hərbi texnikanı Gürcüstan üzərindən çatdırmağa çalışacaq. Əgər Gürcüstan bu dəfə də ərazisini Fransa hərbi texnikasının Ermənistana çatdırılması üçün şərait yaradarsa, bu Gürcüstan-Azərbaycan münasibətlərində yeni suallar yaradacaq. Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayan ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır.
Elxan Şahinoğlu
Siam.az
Tarix: 26-02-2024, 09:11
Xəbəri paylaş





Xəbər lenti