Azərbaycanda bu yüksək vəzifəli məmurlar yola salınır - ÖZƏL + SİYAHI


Fevralın 9-da keçirilən prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərin olacağı gözlənilsə də, bu ehtimallar özünü doğrultmadı. Kabinənin yalnız 2 üzvü - Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsini itirdi. 
Xatırladaq ki, Fikrət Məmmədovun 69, Mübariz Qurbanlının isə 70 yaşı var. İki nəfər yaşlı məmurun vəzifədən getməsi hökumətdə təmsil olunan və pensiya yaşına çatmış digər kabinə üzvlərinə də tezliklə “yaşıl işıq” yandırılacağına dair versiyaların ortaya çıxmasına səbəb olub. 
Yenisabah.az bildirir ki, hazırda kabinənin 5 üzvü pensiya yaşına çatıb. Amma onlardan hələlik ikisinin - Baş nazirin birinci müavini Yaqub Eyyubovun və Baş nazirin müavini – Əli Əhmədovun yola salınması məqsədəuyğun sayılıb. Penisya yaşına çatmış digər kabinə üzvlərinin isə hələ bir müddət hökumətdə təmsil olunacağı gözlənilir. 
Pensiya yaşını keçmiş hökumət üzvlərinin siyahısını təqdim edirik:
Baş nazir Əli Əsədov - 68 yaş
Baş nazirin birinci müavini Yaqub Eyyubov - 79 yaş
Baş nazirin müavini Əli Əhmədov - 71 yaş
Müdafiə naziri Zakir Həsənov - 65 yaş
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov - 70 yaş 
Tarix: 11-03-2024, 22:15
Xəbəri paylaş





Xəbər lenti