Deputat sayının artması: Proses necə baş verə bilər? - ŞƏRH

Deputat sayının artması: Proses necə baş verə bilər?
Azərbaycanda Milli Məclisə növbəti seçkinin keçirilməsi gözlənilir. Seçki ilə əlaqədar fikirlər müxtəlifdir.

Çünki parlamentin səlahiyyət müddəti 5 ildir, Azərbaycanda isə Milli Məclisə sonuncu seçki 2020-ci ilin fevralın 9-da keçirilib.

2024-cü ilin yay aylarında seçkinin keçirilməsi isə vaxtından əvvəl parlament seçkisi deməkdir. Həmin məqamı bu yazıda izah etməyə çalışmışdıq.

Müzakirə edilən mövzulardan biri isə parlamentdə deputat yerlərinin sayının artırılmasıdır.

Konstitusiyanın 82-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisində deputatların say tərkibini müəyyən edir. Həmin maddədə göstərilir ki, Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir.

Ancaq deputatların say tərkibi ilə əlaqədar artım gözlənilirsə, bu, seçkidən öncəki bir prosesə bağlıdır.

Belə ki, əgər hökumət deputatların sayını artırmaq istəyirsə, bu, referendum prosesi ilə müəyyən edilməlidir.

Çünki deputat sayı ilə əlaqədar rəqəmin dəyişdirilməsi Konstitusiyanın dəyişdirilməsini tələb edir ki, bu da referendumla mümkündür.

Belə olduğu təqdirdə iki versiya üzrə fikir yürütmək olar:

Birincisi, hökumət deputat yerlərinin artırılmasına ehtiyac duymadan parlament seçkisinə gedir.

Ancaq belə olacağı təqdirdə, növbəti çağırış parlamentin də tez buraxılması ehtimalı yarana bilər. Çünki ümumiyyətlə referendumun vacib olduğu haqqında əsaslandırılmış fikirlər az deyil.

İkincisi, hökumət parlamentdə say dəyişikliyində israr edirsə, o zaman Milli Məclisə seçkidən öncə mütləq referendum keçirilməlidir.

Aqşin Kərimov - oxu.az
Tarix: 29-04-2024, 22:05
Xəbəri paylaş





Xəbər lenti