Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Szinpin arasında görüş olub. Çin-Rusiya ittifaqı Qərbi ciddi narahat edən geopolitik amilə çevrildiyi halda bu səfərin baş tutması böyük maraqla qarşılanıb.İki liderin görüşü nə vəd edir? Ümumiyyətlə, Rusiyanın iqtisadi və eləcə də siyasi cəhətlərdən Çindən asılılığı artır?Məsələ ilə bağlı
Ednews-a açıqlama verən siyasi ekspert
Turab Rzayev bildirib ki, Çinin Rusiya üzərində hegomoniyası artır:
“Görünən odur ki, Rusiya ilə Qərb arasındakı münasibətlər pisləşdikcə, Rusiyaya sanksiya qoyulur. Rusiya vaxtilə Qərbə böyük neft, qaz və metal ixrac edən bir ölkə idi. Bundan başqa, kənd təsərrüfatı məhsulları taxıl, qarğıdalı və s. İndi Qərb embarqo qoyduğu üçün Rusiya üçüncü dünya bazarına çıxır. Ölkə öz məhsullarını Çinə və Hindistana satır.
Bu ölkələr də fürsətdən istifadə edərək bu məhsulları dəyərindən dəfələrlə ucuz almağa çalışırlar. Rusiya iqtisadiyyatı məcbur olaaq digər ölkələrə yönəlib. Artıq Rusiyaya qarşı sanksiyalara qoşulmayan Hindistan və Türkiyə kimi ölkələr neft, qaz və digər məhsulları almağa davam edirlər.
Bu ölkələr məcbur şəkildə Rusiyadan idxalı azaltmağa çalışırlar. Çünki ABŞ-ın sanksiyalarından qorxurlar. Beləcə, Rusiya Çinə yönəlir və bu da onu məcbur edir ki, bütün məhsullarını Çinə satsın. Bu vəziyyət hər nə qədər qarşılıqlı olsa da, Rusiya daha çox Çindən asılı olur, nəinki Çin Rusiyadan. Digər tərəfdən Çinin də Rusiyadan asılılığı var: Yaşın Şərq siyasətində, Qərbə qarşı olan siyasətində, Tayvan siyasətində və s. Bu ölkələr Qərbə qarşı koalisiya kimi çıxış edirlər. Lakin, bu Rusiyanın iqtisadi cəhətdən zəifləməsi burada Çinin hegemoniyasını artırır”.
Tarix: 17-05-2024, 22:25