"Mənim məsələm dəqiq deyil, amma..." - Mirmahmud Mirəlioğlu

"Mənim məsələm dəqiq deyil, amma..."
Parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası da iştirak edəcək.

Bu barədə Qaynarinfo-ya partiya sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Onun sözlərinə görə, hazırda partiya daxilində seçkiyə hazırlıq prosesinə start verilib:

"Namizədlərin müəyyənləşdirilməsi prosesi hələ yekunlaşmayıb. Namizəd kimi seçkidə iştirak etmək istəyənlərin sayı çoxdur".

"Namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz" sualına Mirmahmud Mirəlioğlunun cavabı belə olub:

"Öz məsələm dəqiq deyil. KXCP mütləq iştirak edəcək, onların kimliyi seçkiyə startı veriləndə elan olunacaq".
Tarix: 20-05-2024, 12:53
Xəbəri paylaş





Xəbər lenti