"Rusiya vətəndaşlarının yaşadığı yerdə - Gəncədə, Lənkəranda, Zaqatalada, Sumqayıtda konsulluq açsınlar. Bu başa düşüləndir..."“O xəbər çıxandan 4 ilə yaxın vaxt keçsə də, hələ Şuşada qardaş Türkiyənin baş konsulluğu açılmayıb...” Xəbər verildiyi kimi, Kreml hansı səbəbdənsə rəsmi Bakıya Azərbaycan Respublikasının yenicə işğaldan azad edilmiş Xankəndi şəhərində baş konsulluq açmaq niyyətini çatdırıb. Maraqlıdır, Xankəndində heç bir vətəndaşının yaşamadığı halda Rusiyaya bu şəhərimizdə konsulluq hansı məntiqlə gərək ola bilər?.. Xatırladaq ki, bundan öncə qardaş Türkiyənin də Xankəndində konsulluq aça bilməsi haqda qeyri-rəsmi məlumatlar yayılmışdı. O da məlumdur ki, elə 2020-ci ilin 44 günlük savaşından, Şuşanın azad da edilməsindən az sonra Türkiyənin Şuşada baş konsulluq açacağı haqda xəbərlər yayılmışdı. 2022-ci ilin oktyabrında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında birbaşa belə demişdi: “Biz də Şuşada Baş Konsulluq açırıq...” Təəssüf ki, Şuşanın azad edilməsindən artıq 4 ilə yaxın vaxt keçsə də bu məsələ hələ də həllini tapmayıb...“Kavkazskiy uzel” nəşrinin “Abşeron küləyi” təxəllüslü köşə, bloq yazarı Rusiyanın Xankəndində konsulluq açmaq niyyəti barədə fikirlərini ifadə edib.
“Bu məlumatı qətiyyən bəyənmirəm və ondan iyrənirəm. Mən burada müsbət cəhətlər axtarmaq belə, istəmirəm. Hər şey yalnız mənfi və proseslərin pis inkişafına işarəsi ilə təhlükəlidir.
Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.
Bunu Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
“Bizim ikitərəfli məsələlərimizdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim ki, biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, - deyə senator azərbaycanlı həmkarlarına müraciət edib.
Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı. “Bu, bizə qarşılıqlı konsulluq mövcudluqları arasındakı pariteti aradan qaldırmağa imkan verəcək”, - Karasin əlavə edib.
Bildiyimizə görə, konsulluqlar maraqlarını diplomatlar təmsil edən ölkə vətəndaşları arasında mövcud problemlərin operativ həlli üçün açılır. Nə Xankəndində, nə Şuşada, nə Ağdamda bir nəfər də olsun Rusiya Federasiyası vətəndaşı var. Lavrova Xankəndində konsulluq nədən ötrü lazımdır? Ermənilərin yarasına duz basmaq, onlara acıq vermək üçün? Axı, orada “duzlanmamış” yerlər yoxdur, bəs əlavə nə lazımdır və niyə?
Düşünürəm ki, bizimkilər üç dəfə nəzakətlə susmalı, ruslar başa düşmürlərsə, rusca cavab verməlidirlər: "Yox!".
Rusiya vətəndaşlarının yaşadığı yerdə - Gəncədə, Lənkəranda, Zaqatalada, Sumqayıtda konsulluq açsınlar. Bu başa düşüləndir, amma Xankəndində konsulluğun nə üçün lazım olduğu aydın deyil”.
moderator.az
Tarix: 28-05-2024, 10:21