Parlament seçkilərinin vaxtı açıqlandı: Dəqiq tarix
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Yenisabah.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) məsul əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, bu ilin noyabrında keçiirlməsi nəzərdə tutulan seçkilərin vaxtı iki ay əvvələ – sentyabr ayına çəkilib. Mənbə deyib ki, bununla bağlı hakimiyyətin mövqeyi qətiləşib və seçkinin təşkili üçün MSK-ya göstəriş verilib.
Məlumatlı şəxs təmsil etdiyi qurumun hazırlıqlara başladığını bildiirb. Onun sözlərinə görə, MSK üzvləri və Aparatın əməkdaşları iyunun 1-dən məzuniyyətə göndəriləcək. Təlimata görə, iyul ayının 1-dən etibarən hamı iş başında olacaq. İyul ayının birinci həftəsində isə parlament seçkilərinin vaxtı rəsmən elan ediləcək. Müsahibimiz MSK üzvləri ilə yanaşı, DSK katiblərinin də 1 iyun tarixində məzuniyyətə göndəriləcəyini bildirib. Qeyd edib ki, bu qərar DSK sədrlərinə və operatorlara şamil olunmur. Onların məzuniyyətə çıxması məqbul sayılmayıb.
Mənbə sentyabrın birinci həftəsində parlament seçkilərinin, dekabrın ortalarında isə bələdiyyə seçkilərinin keçiriləcəyini bildirib.
Siam-az.com
Tarix: 28-05-2024, 18:35