Mirmahmud Mirəlioğlunun deputatlığa namizəd olmaq niyyəti varmı?.. - AÇIQLAMA

Mirmahmud Mirəlioğlunun deputatlığa namizəd olmaq niyyəti varmı?..
“Bu mövzuda MSK sədri biratımlıq barıt atdı ortalığa, amma xeyli vaxtdır, hələ ki rəsmi dairələrdə böyük sakitlikdir. Yəni bu sakitlikdən də belə çıxır ki, ola bilər, Azərbaycan parlamentinə seçkilər payızda olsun, ola bilər avqustun əvvəlində olar. Mümkündür ki, bu ul seçkilər, ümumiyyətlə, baş tutmasın və gələn ilin fevralında – müddətə uyğun vaxtında keçirilsin. Belə bir mülahizələr də var”.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, istiqlalçı deputat Mirmahmud Mirəlioğlu bunu Moderator.az-a açıqlamasında bu il Milli Məclisə gözlənilən seçkilər barədə danışarkən söyləyib.

“Bizim arzularla Azərbaycan reallığı bəzən üst-üstə düşmür. 44 günlük savaşda, 2023-cü ilin bir günlük sentyabr əməliyyatında bütün arzular və istəklər Azərbaycan naminə idi və ümummilli mövqedən idi. Seçkilərdə də belə olmalıdır. Amma, təəssüflər olsun ki, seçkilərdə yalnzı başlanğıcda olur bu məsələlər... Fəqət, arzular budur, istəklər budur və Azərbaycan reallığı da bunu tələb edir ki, Azərbaycan parlamenti böyük bir dəyişikiyə getsin, yenilənmə olsun, gerçək islahatlar olsun, qəbul ediləcək qanunlar da real həyatımızda işlək qanunlar olsun”, - deyə davamında istiqlalçı deputat bildirib.

“Partiyanız seçkilərdə iştirak edəcəkmi və konkret olaraq özünüzün deputatlığa namizəd kimi seçkilərə qatılmaq fikriniz varmı?” sualını isə partiya rəhbəri belə cavablandırıb:

“Seçkilərlə bağlı partiyamızın qərarı var. Partiyanın qərarına əməl etmək isə, təbii ki, onun sıravi üzvü ilə bərabər rəhbərinin də borcudur, vəzifəsidir. Siyasətdə də seçkilərdə iştirak çox vacibdir. İndiyədək seçkilərə necə qiymət verməyimizdən, onun nəticələrindən asılı olmayaraq indiki halda da partiyamız seçkilərdə iştirakda qərarlıdır, namizədlərini müəyyənləşdirir. Odur ki, partiyanın qərarına hörmət etmək və seçkilərdə iştirak etmək də bir vətəndaş və partiya sədri kimi borcumdur. Parlament seçkiləri haqda rəsmi qərar verildikdən sonra bizim də qərarlarımız konkretləşəcək...”
Tarix: 7-06-2024, 21:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}