Avropa dünya siyasətində mövqelərini əldən verir - FAKT BUDUR...


İyunun 6-dan 9-dək Avropa İttifaqı ölkələrinin 350 milyon vətəndaşı Avropa Parlamentinin yeni tərkibini birbaşa seçə biləcək. Proqnozlara görə, sağçı populistlər, avroskeptiklər və millətçilər mövqelərini gücləndirə bilərlər, lakin səs çoxluğu qazanmayacaqlar.
Avropa Parlamentinin Sədri Roberta Metsola son bir neçə ayı Avropa İttifaqına üzv olan 27 ölkənin hamısına səfərlərdə keçirib. Bələdiyyə binalarında, universitetlərdə və məktəblərdə "Səsindən istifadə et" şüarı ilə keçirilən çoxsaylı müzakirələrdə Avropa Xalq Partiyasının xristian demokrat üzvü gənc seçiciləri beş ildən bir keçirilən seçkilərlə maraqlandırmağa çalışıb. Roberta Metsola Danimarkadakı gənclərə müraciətində deyib: "Sizin təsəvvürünüzdə Avropa Parlamenti 700 deputat kürsüsündən ibarətdir və bu yerlər səs verib-verməməyinizdən asılı olmayaraq paylanacaq. Amma indi sizin seçiminiz var, vəziyyəti dəyişə bilərsiniz, bu yerləri kimin alıb-almayacağına təsir edə bilərsiniz".

Xatırladaq ki, seçkilər ənənəvi olaraq dörd gün ərzində keçirilir. İyunun 6-da Niderlandda start götürən proses yaxın iki gün ərzində İrlandiya, Latviya, Malta, Slovakiya və Çexiyada davam edəcək. Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyətində isə səsvermə 9 iyun bazar günü keçiriləcək.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, həm Rusiya-Ukranya müharibəsi, həm də Yaxın Şərqdəki savaş müəyyən formada seçkilərə təsir edəcək:
"Avropa məkanında keçirilən seçkilər ABŞ-dəki seçkilərdən köklü şəkildə fərqlənir. ABŞ-də keçirilən seçkilərdə üstünlük iqtisadi proritetlərə verilir. Avropada isə vəziyyət bir qədər fərqlidir. Hazırda Avropada millətçi qüvvələrin gücləndiyini, sağçı popolistlərin meydanları doldurduğunu və Avropa İttifaqını tənqid etdiyini görürük. Son zamanlar Avropa Parlamentinin daxilində rüşvət qalmaqalları, müxtəlif radikal şəxslərin miqrantlar əleyhinə fikirlər səsləndirməsi onun nüfuzuna zərər verir".

Ekspert əlavə edib ki, Avropa dünya siyasətində mövqelərini əldən verir:
"Bunun əsas səbəbi Makron və onun kimi düşünən siyasətçilərdir. Merkel sonrası Almaniyanın da mövqeleri o qədər qənaətbəxş deyil. Rəsmi Berlin nə qədər Avropada siyasi dominantlıq cəhdləri həyata keçirsə də bu ictimai rəydə özünü doğrulda bilmir. Hazırda hər kəs bilir ki, Makronun yürütdüyü siyasət Avropa İttifaqına zərər verir. Düşünürəm ki, bu özünü seçkilərdə də göstərəcək.
Tarix: 8-06-2024, 07:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}