Ekoloji çirklənmənin ən çox yayıldığı ölkələr- Azərbaycanın durumu çox...

Ekoloji çirklənmənin ən çox yayıldığı ölkələr- Azərbaycanın durumu çox... ABŞ-ın Kaliforniya və Blaksmit Universitetləri dünya üzrə ekoloji çirklənmənin ən çox yayıldığı ölkələri müəyyən ediblər.

Moderator.az xəbər verir ki, hər iki ildən bir aparılan tədqiqatlarda 180 ölkənin adı var. Ümumilikdə, dünya üzrə isə ekoloji böhran, atmosfer çirklənməsi özünün pik həddinə çatıb. Yer kürəsinin hər 7 adamından biri ekoloji böhrandan, atmosfer çirkliliyindən zərər çəkir.
Ekoloji çirklənmənin ən çox yayıldığl yerlər Zambiyadır. Rusiyanın Drzejinski adlı ərazisi isə atmosferi ən çox zədələnmiş ərazi kimi müəyəyn edilib.
Azərbaycan atmosferin təmizliyinə görə 31-ci yerdə qərarlaşıb. Meşələrin bərpası və atmosferin təmizliyinə cəhdlərə görə isə 180 ölkə arasında beşinci yeri tutub.

Hazırladı: Elmin
Tarix: 4-03-2017, 00:19
Xəbəri paylaş





Xəbər lenti