Xroniki xəstəlikləri olanlara RAMAZAN MƏSLƏHƏTLƏRİ


Xroniki xəstəlikləri olanlara RAMAZAN MƏSLƏHƏTLƏRİ


Şəkər, yüksək qan təzyiqi, ürək-damar sistemi xəstəlikləri kimi xroniki xəstəlikləri olanların oruc tutmadan əvvəl mütləq həkimləri ilə məsləhətləşməsi lazımdır.

“Ölkə.Az” xəbər verir ki, həkimin təsdiqlədiyi halda və dərmanları onun təyin etdiyi qayda ilə qəbul edənlər oruc tuta bilər.

Bu ilk Ramazan ayında ac və susuz qalmağın müddəti 16 saatdan çoxdur. Bu səbəbdən xroniki xəstəlikləri olanlar oruc tutanda orqanizmlərindəki dəyişikliklərə qarşı diqqətli olmalıdırlar.

Xroniki xəstəliklər fərdə görə dəyişir. Bəziləri müəyyən tədbirlər görüb rahatlıqla oruc tuta bilər. Bəziləri üçün isə bu ciddi təhlükələrə səbəb olur.


Mədənizi çox yükləməyin

Sağlam insanlara da uzun müddət ac və susuz qalmaq təsir edə bilər. Bu məsələdə ən vacib məqam orqanizmi istirahət etdirmək və ona kömək olacağımız nöqtələri tapmaqdır.

16 saatdan çox davam edən  oruc əsnasında ən çox bu vəziyyətlərlə rastlaşmaq mümkün olur: “qan təzyiqinin aşağı düşməsi, qanda şəkərin miqdarının azalması, diqqət və performansın azalması”.

Ən vacib səhv isə sahur və iftarda normadan artıq qida yeməkdir. Belə halda mədəni alışmadığından artıq yükləyirik. Sahur və iftarda əsas məqsəd kifayət qədər qidalanmaqdır.

Dərman saatlarına diqqət edin

Qan təzyiqi olan xəstələri gündə bir dəfə dərman qəbul edirlərsə və gün ərzində problemlə rastlaşmırlarsa, oruc tuta bilərlər. Eyni zamanda isti aylarda qan təzyiqinin qışa nisbətən daha aşağı olduğunu da nəzərə alın. Bu səbəbdən qan təzyiqi xəstələri mütləq həkimlə məsləhətləşməli, dərmanlarını həm Ramazana, həm də yay mövsümünə görə yenidən formalaşdırmalıdırlar.


Qastro-ezofageal reflyuks xəstəliyi və mədə xorası olanlar
Normal dərman müalicəsi, iftar və sahur arasında bol miqdarda su içməklə oruc tuta bilərlər. Əgər bunu da yerinə yetirir və probleminiz yaranırsa, oruc tutmaq sağlamlığınıza ziyan vura bilər.

 

Diabet xəstələri

Diabet və ya şəkər xəstələrində iki məqama diqqət etmək lazımdır.:Çox uzun müddət aclığa bağlı olaraq şəkərin miqdarının düşməsi və dərman səbəbindən şəkərin miqdarının düşməsi. Gündə bir dərman qəbul edən xəstələr oruc tuta bilər. Bu mövzuda isə dərmanın şəkərin səviyyəsini aşağı salması barədə həkimlə məsləhətləşin. İki və ya daha çox dərman qəbul edən xəstələr isə oruc tutmamalıdır.

Oruc tutan diabet xəstələri iftar və sahurda karbonhidrat, şəkər və yağı az, proteinli qidaları isə çox qəbul etməli, çay və qəhvədən uzaq durmalıdırlar.

 

Ürək-damar sistemi xəstələri

Bəzi ürək xəstələri oruc tutanda problemlə üzləşməsə də, bir neçə dərman qəbulu, dərmanın təsiri, maye tarazlığı kimi faktorlar xəstəliyə mənfi təsir edə bilər. Bu məsələ ilə bağlı həkiminizlə məsləhətləşin.

 

Böyrək xəstələri:

16 saatdan artıq susuzluq böyrək xəstəliyi və böyrəyində daş olanlar üçün ciddi ölçüdə təhdiddir. Həkimlə məsləhətləşmədən oruc tutmaq olmaz.

 


 

Yüksək qan təzyiqi xəstələri

Qan təzyiqi nəzarət altında olanlar kifayət qədər maye qəbul etsələr dərman saatlarını dəyişərək və sağlam qidalanaraq həkimin məsləhəti ilə oruc tuta bilərlər. Amma gün ərzində bir neçə dəfə təzyiqini ölçdürməli və özünü pis hiss edəndə həkimə müraciət etməlidir.

Hikmət Həsənov

Tarix: 4-06-2018, 16:28
Xəbəri paylaş





Xəbər lenti