“Neptun” supermarket qanunu pozdu – Fotofakt


“Neptun” supermarketlər şəbəkəsi sifarişlə təmizlik vasitələrinin istehsalı və satışına başlayıb. Azərbaycanda satış üçün nəzərdə tutulan təmizlik valitələrinin üzərində marketi xüsusi loqosu da yerləşdirilib. Ancaq qablaşdırmanınz üzərində təmizlik vasitələrinin adları ya türkcə, ya da ingiliscə yazılıb. Qablaşdırmada Azərbaycan dilində heç bir məlumata rast gəlmək mümkün deyil.
Tribunainfo.az xəbər verir ki, marketin öz istehsalı olan və satışa təqdim etdiyi təmizlik vasitələrinin üzərində “Ultra yoğun kıvamlı çamaşır suyu”, “Bulaşık deterjanı”, “Ahşap temizleyici”, “Sıvı sabun” sözləri yazılıb. Qablaşdırmada adlar həmçinin ingilis dilində də qeyd edilib. Ancaq Azərbaycan dilində təmizlik vasitələrinin nə adı qeyd edilib, nə də başqa məlumatlar.
Qeyd edək ki, Azərbaycanda istehsal olunan, satışa çıxarılan istənilən məhsulun üzərində Azərbaycan dilində məlumat yerləşdirilməlidir. Məhsulun üzərində Azərbaycan dilində məlumatın olmaması qanuna ziddir.
Roman



Tarix: 12-05-2024, 22:16
Xəbəri paylaş





Xəbər lenti