Kanalizasiya sistemi yox, yollar bərbad: Hökməli sakinləri narazıdırlar - VİDEO

Kanalizasiya sistemi yox, yollar bərbad:
Bakı şəhər, Abşeron rayon, Hökməli qəsəbəsi, Koroğlu küçəsinin sakinləri yolların pis vəziyyətdə olmasından şikayətçidirlər.

Bildirilib ki, yolların bərbad olmasına səbəb kanalizasiya sisteminin qurulmamasıdır.

Küçə boyunca axan çirkab su yolu da yuyub aparır.
Məsələ ilə bağlı Hökməli Bələdiyyəsi bildirib ki, hazırda həmin küçələrin abadlaşdırılmasına başlanılıb.

Daha ətraflı “Azad Azərbaycan” Televiziyasının (ATV) süjetində:


Tarix: 14-05-2024, 12:42
Xəbəri paylaş





Xəbər lenti