AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR


Xəzər Rayon Məhkəməsində "Azərbaycan Hava Yolları" QSC (AZAL) barəsində yazılmış cərimə protokoluna baxılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.
 
Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Tarix: 19-05-2024, 09:25
Xəbəri paylaş





Xəbər lenti