Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
"DSMF-də Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri Filialının- 39 saylı vəkil bürosunun pensiyaçıların məhkəmə təminatına peşəkar qadağa qoyması hələ də sürür. İnzibati icra orqanında, dövlətin sosial müdafiə siyasətini həyata keçirən qurumda Məhkəmə Filialının yaradılması və bu filialın bütövlükdə 39 saylı vəkil bürosu ilə eynilik təşkil etməsi hansı qanuna, Konstitusiyaya uyğundur?" Dia-az.info xəbər verir ki, bu faktları Qarabağ qazisi Məğrur Bədəlsoy redaksiyamıza yolladığı məqaləsində qeyd edib. Məqalədə daha sonra deyilir: "Konstitusiyaya tüpürməyə baxın, Məhkəmə Filialının direktoru Abuzərov Mütəllimov, müavini Roman İsmayılov, departament müdiri Yeganə Məmmədova,.. mütəxəssis Emil İsgəndərli ... toplam 40 nəfər civarında heyət DSMF-də fəaliyyət göstərən 39 saylı vəkil bürosunun rəhbəri və vəkilləridir. Fondun sədri bu Filialın bütün şəxsi heyətinəi “topdan” verdiyi etibarnamə ilə DSMF-i əlillərin, qazilərin, şəhid ailələrinin, pensiyaçıların məhkəmə iddialarından qorumağa səfərbər edib. Təsəvvür edin, hüquqi savadsız, xəstə Qarabağ qaziləri, şəhid ailələri, əlillər, pensiyaçılar peşəkar məhkəmə-vəkil ordusu ilə üz-üzə! Bu davanın sonu öncədən bəlli deyil? Elə bu özbaşınalığın sonucudur ki, yalnız keçmiş hakimlərin pensiyalarının düz hesablanmamasını məhkəmə həmkarları mümkün sayıb həll edir. Qazilər isə illərdir iddialarını mümkün də saydıra bilmirlər, heç hüquqi yardım da görmürlər, dövlət hesabına vəkil də eləcə. Dövlət orqanında qeyri-dövlət təşkilatının Vəkillər Kollegiyasının 39 saylı vəkil bürosunun fəaliyyət göstərməsi məhkəmə- hüquq sisteminə ləkədir. Di gəl, bu ləkəni yumağı nə ali dövlət hakimiyyəti orqanları , Ombudsman, Ədliyyə Nazirliyi fikirləşir, nə Hesablama Palatası. Deyə bilərsiniz, Hesablama Palatasına nə aidliyi var? Dövlət büdcəsinin , əlillərə, qazilərə, şəhid ailələrinə , pensiyaçılara ayrılan vəsaitin təyinatından kənar vəkil-məmurlara xərclənməsinə birinci olaraq Hesablama Palatasının qiymət verməsi Palatanın başlıca görəvidir. Amma kimdir görəvini icra edən? Şikayətlər Vəkillər Kollegiyasına göndərilir, oradan da vardanyanların VK-nın rəhbərliyində təmsil olunan vəkilləri məmur-vəkillərin müqavilə əsasında əlillərin , pensiyaçıların məhkəmə hüququna qadağa qoyduğunu bildirirlər. Nə isə, bu günlərdə pensiyaçılar “sevindirici” xəbər alıb. DSMF-in vəkil- məmuru Roman İsmayıl oğlu İsmayılov yüksək gəlirli görəvindən ayrılıb. Bu ayrılığın nədəni onun Füzuli Hərbi Məhkəməsinə hakim təyin edilməsidir. Xəbərin “sevindiriciliyi” pensiyaçıların pulunu-malını yeyən məmurlarının birinin azalması ilə bağlıdır. Necə deyərlər, qırılan qoşundandır. Amma... Vəkil-məmurun yeri vakant-boş qalıb, nə çoxdur vəkil namizəd. CV-ni verib, pensiyaçılara qənim-hakim olan tapılar. Sevinməyə gərəkməz.