Əmlak Məsələləri Dövlət Xidməti “Rahatlığın Məkanı-Gold” MTK-nı məhkəməyə verdi
“Rahatlığın Məkanı-Gold” Mənzil Tikinti Kooperativi ilə bağlı məhkəməyə müraciət olunub.Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı məhkəmədə iddianı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qaldırıb. İşin mahiyyət müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər arasında icarə müqaviləsi səbəbindən problem yaranıb.
MTK-nın işi 14 iyun tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 21-05-2024, 08:42