Milli Məclisdə büdcə müzakirəsi: - Uşaqpulu BƏRPA EDİLMİR...

Milli Məclisdə büdcə müzakirəsi:
Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılır və bununla əlaqədar olaraq müzakirələr davam etdirilir. Büdcə müzakirəsində əsas prioritet işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlər olacaq. Əlbəttə ki, sosial təminat kimi istiqamətlər özündə bir qədər suallar yaradır. Müzakirələr ilə əlaqədar gələcəkdə uşaqpulunun bərpa edilməsi yaxud uşaqların ehtiyaclarının qarşılanması ilə bağlı yeni sosial müavinətlərin yaradılması gözləniləndir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib:

"Əfsuslar olsun ki, dövlət büdcəsinə təkrar baxış prosesində sosial xərclərin artırılması nəzərdə tutulmur. O cümlədən uşaqpulu ilə bağlı hər hansı bir mexanizmin yaradılması olmayacaq. Bununla yanaşı uşaqların ehtiyaclarının qarşılanması ilə bağlı yeni sosial müavinətlərin yaradılması aktual deyil. Ümumiyyətlə bu dəfə dövlət büdcəsinə təkrar baxış prosesində sosial xərclərin həcmi müəyyən mənada azaldılacaqdır. Bununla əlaqədar hər hansı bir gözləntinin olması sadəlövhlük olardı".

Qeyd edək ki, Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır. Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz bənd azalacaq.

Tarix: 27-05-2024, 22:43
Xəbəri paylaş





Xəbər lenti