Şahbuz sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir - ŞİKAYƏT

Şahbuz sakini pensiyasının qanunsuz olaraq kəsildiyini iddia edir - ŞİKAYƏT

Şahbuz rayonu, Gömür kənd sakini Taroyev Qadir Zaman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi pensiyasının kəsilməsinə etiraz edir:
“Mən, Taroyev Qadir Zaman oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mənə 1982-ci ildə Ermənistanda 2-ci qrup əlillik təyin olunmuşdur. Bu səbəbdən, 70 manat pensiya alırdım.
1988-ci ildə ata-baba yurdumuzdan qovulduq. Daha sonra aldığım pensiyamı çox görüb, kəsdilər.
1993-cu ildə Naxçıvana atamın yanına qayıtdım. 2004-cu ildə bizə dövlət tərəfindən müvəqqəti yaşamaq üçün ev verildi. Daha sonra pensiyamla bağlı keçmiş icra başçısı Vasif müəllimə müraciət etdim. Sağ olsun, köməklik göstərdi, pensiyam bərpa olundu.
2021-ci ilə qədər pensiya aldım. Yenidən Pensiya Fonduna müraciət etdim. Orada iradımı bildirdim ki, niyə mənim pensiyamı müddətli yazmısınız, ömürlük olmalıdır?! Mənə bildirdilər ki, “get, hara, kimə istəyirsən şikayət et”.
Beləliklə, 2-ci qrup əlilliyə görə verilən pensiyamı dayandırdılar, 3-cu qrup etdilər.
Səhhətimdə ciddi problemlərim var, dalağımın biri də götürüb.
Sizdən xahiş edirəm, problemimi işıqlandırın, bəlkə mənə qarşı özbaşınalıqlara son qoyula”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 30-05-2024, 14:17
Xəbəri paylaş





Xəbər lenti