Yararsız, yolda qalan, CAN DAŞIYAN nəqliyyat vasitələri... - Avtobuslara niyə nəzarət edilmir?
Avtobuslardan gün ərzində yüzlərlə sərnişin istifadə dir.Son zamanlar yolda qalan avtobuslarla bağlı vətəndaşlar şikayət edir. Onlar avtobusların nasazlığından şikayətçidirlər. Bəzən avtobusdan müxtəlif səsin və iyin gəldiyini bildiirlər. Bəs görəsən avtobusların keyfiyyəti nəcə yoxlanılır?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Sonxeber.az-a açıqlama verib.
Ekspert bildirib ki, son zamanlar yol da qalan nəqliyyat vasitələri ilə rastlaşırıq. Bunun da əsas səbəbi istismar müddətini başa vurmuş avtobuslardır:
"Avtobusların keyfiyyət məsələsi açıq bir mövzudur. Nəqliyyat vasitələri, xüsusi ilə avtobuslar müəyyən qarajalarda və dispeçir mərkəzlərundə yoxlanışdan keçir. Aiddiyyatı olaraq texniki qulluğu mexaniklər həyata keçirilir. Mexaniklər avtobusların ehtiyyat hissələrinə, davamlılığını cavabdehdirlər.
Amma son zamanlar yol da qalan nəqliyyat vasitələri ilə rastlaşırıq. Bunun da əsas səbəbi istismar müddətini başa vurmuş avtobuslardır. Zamanla bununla bağlı yeni avtobusların alınıb istismara verilməsi üçün tenderlər elan olunur. Əlbəttədəki avtobus işləyirsə onun sroku da olmalıdr. Avtobusun sıradan çıxan detalı ola bilər. Bu təbii prosesdir. Amma istismar müddətini başa vurmuş nəqliyyat vasitəsinin dəyişdirilməsi əsas məsələdir. Bəzən avtobuslarda bəhalar olur ki, müəyyən məsafələrə görə biz çatdıra bilmirirk. Bəzən bu hall doğru olur. Bu kimi ifadələri işlədirlər. Bu problemin həlli üçün ən yaxşı üsul odur ki, avtobusların texniki və illik qulluğunu daha da gücləndirilmiş qaydada aparılsın".