"6 dəfə `qaynar xətt`lərinə şikayət etmişəm..." - ŞİKAYƏT


"Şikayətim ABB-dəndir. Ayın 13-ü əməliyyat aparmışam və özlərinində qeyd etdiyi kimi "sistemdə ümumi çətinlik olduğu üçün" əməliyyat uğursuz olub... Sorğu açılıb və məbləğin geri qaytarılacağı bildirilib...." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

"6 dəfə `qaynar xətt`lərinə şikayət etmişəm..."

Narazı vətəndaş daha sonra əlavə edir: "2 dəfə filiala müraciət etmişəm, 6 dəfə "qaynar xətt"lərinə şikayət eləmişəm. Bunların 3 iş günü nə hikmətdirsə ayın 13-dən bitmir...

Məbləğ qayıtmır və operator hörmətsizlik edib telefonu yerə qoyur. "Müvəqqəti çətinlikləri" ayın 13-dən davam edən bankın ümumən 10 gündən çoxdur ki məbləği arasdırıb tapa bilməyən banka etibar eləmək olmaz....

İstifadəçisini belə incidən, get-gələ salan və 12 gündür məbləği qaytara bilməyən banka güvənməyin. Hər kəsə tövsiyyəmdir... Etibar eləməyin. Çünki operatoru hörmətsizdir, işçiləri çarəsizdir.

Ancaq baş ofisi işi qaydasına qoya bilirsə, o bankı apar tulla!"
Tarix: 26-06-2024, 09:46
Xəbəri paylaş





Xəbər lenti