"Fədayənin görüşünə gedəcəm" - RÖYA

"Fədayənin görüşünə gedəcəm" - RÖYA



Əməkdar artist Röya Ayxan maraqlı açıqlamalar edib.

Primetime.az xəbər verir ki, 20 dekabr tarixində Türkiyədə təşkil olunacaq “Altın kelebek” mükafatının “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasına namizəd olan ifaçı, həbs olunması ilə son zamanlar gündəmdə olan Fədayə Laçın haqda danışıb:


“Mən bir neçə gündür yata biləmişəm. Bir qadın kimi bu məsələyə normal yanaşıram. Biz qadınları problemlərə salan kişilərdir. Bu da bir sevgidir deyək. İnsanın şəxsi həyatıdır. Yaşadıqca çox şeylər olur.

Onun qapısının tez açılmasını istəyirəm. Baxmayaraq ki, şəxsi tanışlığımız yoxdur, onunla çox görüşmək istəmişəm. Sadəcə olaraq hələ ki, icazə yoxdur. Nə vaxt icazə olsa, mütləq onun görüşünə gedəcəyəm”.

Sevilən ulduz Fədayə Laçını qınayanlara da səslənib:

“Həmin kəslər başlarına şampun vurub çimsinlər. Sonrasına baxarıq. Fədayəni qınayanların həyatını yoxlasaq, o qədər paslanmış vedrələri var ki…”.

O, Türkiyənin Oskarı sayılan “Altın kelebek” mükafatına namizəd olmasından da danışıb:

“Bundan öncə mükafata türk ifaçısı kimi namizəd idim. Əslində bu il də belə olmalı idi. Sonradan siyahıda dəyişiklik edildi. Orada yeniyəm, amma ölkəmizdə tanınıram”.

İfaçı instagram hesabında şərh bölməsini bağlamasına da aydınlıq gətirib:

“Mənə heç kimin fikri maraqlı deyil. Mən hamıdan ağıllıyam. “Direct”ə gələn mesajlara isə baxmıram. İşçilərim yaxın adamların yazdığına baxır. Milyon mesaj yazırlar. Hamısını oxusam daha nə oldu?”.

İfaçı tezliklə təqdim edəcəyi mahnısından da söz açıb:

“Hazırda xalq artisti Rəşad Həşimov Eflatunun yazdığı “Özledim” mahnısını aranjiman edir. Çox güman ki, dekabr ayından etibarən sözügedən mahnını Türkiyə üçün təqdim edəcəyik.

Albom çıxarmaq fikrim yoxdur. Çünki bu mahnı və pul itkisidir. Bu, bütün dünyada belədir. “Sənə ehtiyacım var” albomunu təqdim edəndə diskin adını daşıdığı bəstə önə çıxdı. Halbuki həmin albomda başqa mahnılar da var idi. Çox heyf ki, bizdə Emin Kəriminin yazdığı xarakterdə radio yoxdur”.

Siam.az
Tarix: 5-11-2017, 09:24
Xəbəri paylaş





Xəbər lenti