Flora Kərimova Fədayə Laçının həbsindən danışdı: “Bu şərəfsiz oyunu sənə sırayanlar ...” – FOTO

Flora Kərimova Fədayə Laçının həbsindən danışdı: “Bu şərəfsiz oyunu sənə sırayanlar ...” – FOTO Son günlər müğınni Fədayə laçının həbs olunması geniş müzakirə olunur. Bəzi insanlar onun doğru addım atdığını, bəziləri isə əməlinin cinayət məsuliyyətli olduğunnu vurğuladı. Gündəmdə olan mövzu sosiuual şəbəkələrdə müzakirə olunmaqla yanaşı məşhurlar arasında da şərh edilib.

Musavat.com xəbər verir ki, son olaraq Fədayə Laçın haqqında xalq artisti Flora Kərimova fikirlərini bildirib.

O, baş verənləri bir oyun adlandırıb.

Musavat.com xalq artistinin sözügedən statusunu sizlərə təqdim edir:

"Əlimdən heçnə gəlmir, Fəfdayə qızım bağışla məni !!! Sənin şüşə kimi qəlbinin təmizliyini mən bilirəm, sənin ailənə, anana bağlılığını, övlad tərbiyənin gözəlliyini mən görmüşəm. Bu şərəfsiz oyunu bu "adı" sənə sırayanlar, bu qisməti sənə laiq görənlərin Allahı yoxdur,övladları yoxdur?!
Necə çörəyi evlərinə aparırlar, necə övladlarına "Halal çörək qazanmışam" deyəndə utanmırlar,necə vicdanları ilə alver edə bilirlər. Bir övladın, bir ananaın ,bir qadının həyatını cəhənnəmə çevirmək, taleyini sındırmaq bu qədərmi asandır.Hansı məntiqi, hansı gücü, hansı səlmayəni , gördünüz siz, dişi ilə dırnağı ilə başını dolandıran bu qadında. Həyatım boyu heç kimə qarğış eləməmişəm, çünki mübarizəm olub.Amma indi sizi qarğımaqdan başqa əlimdən heçnə gəlmir"
Tarix: 5-11-2017, 22:11
Xəbəri paylaş





Xəbər lenti