Aslan həmkarlarına qəzəbləndi: "Zeynəb Xanlarovanın ailəsindən xəbəriniz var?" - VİDEO

Aslan həmkarlarına qəzəbləndi: "Zeynəb Xanlarovanın ailəsindən xəbəriniz var?" - VİDEO Müğənni Aslan Hüseynovdan xəbər var.

Cebhe.info-nun məlumatına əsasən, ifaçı “APA TV”-nin “Show time” verilişinə qonaq olub.

Müğənni veriliş zamanı “Ailəmi mətbuatdan gizlədirəm” – deyə bildirib. Əlavə edib ki, ailəsini efirlərdə göstərən həmkarlarını anlaya bilmir:

“Ailəmi mediadan kənar tutmaq ən yaxşısıdır. Müğənni həyat yoldaşını niyə efirə çıxarır? Yoldaşı da başlayır efirdə müğənni kimi danışmağa… Ailəsi ilə istirahətə gedir, bunu da reklam edir. Guya heç kim dincəlməyə getmir? Bizim dəyərli sənətkarımız Zeynəb Xanlarovanın ailəsindən xəbəriniz var? Yox! Çünki o, belə şeyləri sevmir. Bir deyim var: beyni ilə ağzı dostluq etməyənlə dostluq etmə. Ağızdan sözü çıxarır, daha sonra bütün orqanları əziyyət çəkir. Sözü fikirləş, daha sonra de. Mənim ailəm, uşaqlarım oxuyan deyil. Mən xoşbəxt adamam ki, onlar efirə can atmırlar. Onlara xüsusi olaraq qadağa da qoymuşam. Efirlərdə görünməklərini istəmirəm”.
Tarix: 8-11-2017, 13:19
Xəbəri paylaş





Xəbər lenti