Məşhurların narazı siması, yer üstündə dava

Məşhurların narazı siması, yer üstündə dava Ötən gün Azərbaycan-Türkiyə istehsalı olan “Yanlış anlama” filminin qala gecəsi keçirilib.
Musavat.com xəbər verir ki, tədbirə filmin çəkiliş heyəti, şou-biznesin tanınmış simaları qatılıb. Ilk olaraq filmin türkiyəli oyunçuları Pelin Sönməz, Hakan Bilgin, Bahadır Efe ilə Fərda Xudaverdiyev, Pərvin Abıyeva, İslam Mehrəliyev pərəstişkarlarla təəssüratlarını bölüşüblər. Onların narazı siması isə gözlərdən qaçmayıb. Vəziyyəti Fərda əlinə mikrofon alaraq düzəldib: “Bizi Türkiyədə çox gözəl qarşıladılar. Alqışlar bizə ruh yüksəkliyi verdi. İnanırıq ki, Azərbaycanda da film seviləcək”.
İslam Mehrəliyev isə artıq Türkiyədə tanındıqlarını qeyd edib. “Bilgin biz tamaşaçılar üçün buradayq. Filmin 70 faizini Bakıda çəkdik. Filmi Türkiyədə də , Gəncədə də qala gecəsi keçirildi . Azərbaycanlılar filmə daha çox güldü. Biz bu ekran işini sizin hər gün işə gedib-gəldiyiniz küşələrdə çəkdik. İnanırıq ki, sizlər də “Yanlış anlama”nı sevəcəksiniz”.
Daha sonra filmin nümayişi üçün tamaşaçılar zala daxil olub. Lakin dəvətnamələr oturacaqların sayından çox sayda paylandığı üçün yer azlığı yaşanıb. Hətta,yer üstündə xanımlar arasında mübahisə də yaşanıb.
Yer azlığını nəzərə alıb kino zala divanlar, kreslolar və stullar gətirilib. Saat 8-də başlamalı olan film 21:15-də nümayiş edilib.
Sonda gfilmin yaradıcı heyəti səhnəyə çıxaraq mahnı oxuyublar.
Könül
Tarix: 9-11-2017, 20:48
Xəbəri paylaş





Xəbər lenti