Tacir Şahmalıoğlu "qanuni oğru"larla fotosundan danışdı

Tacir Şahmalıoğlu "qanuni oğru"larla fotosundan danışdı Müğənni Tacir Şahmalıoğlunun sosial şəbəkədə 15 il bundan öncə "qanuni oğru"lar Masallı Mamed (Məmməd Hüseynov) və Sabirabadlı Hikmətlə (Hikmət Muxtarov) fotosu yayılıb. Foto oxucular tərəfindən heç də birmənalı qarşılanmayıb.

Metbuat.az olaraq müğənni ilə əlaqə saxladıq. Fotonun tarixçəsi ilə maraqlandıq. Tacir Şahmalıoğlu bildirdi ki, o, el sənətkarıdır. Kimiliyindən asılı olmayaraq hər kəs onunla şəkil çəkdirə bilər:
“Burda nə böyük qəbahət var ki?! Mən sənətçiyəm, hər kəslə şəkil çəkdirə bilərəm. Həm də bu şəklin çəkilməsi mənim cavanlığıma təsadüf edir. İndi bunu düşmənçiliklə yayıblar. Başqa adı yoxdu. Eşitdim ki, İlahə Fəda mənim haqqında ağızına gələni danışıb. Babalını yumuram, amma o da yaya bilər. Əgər yayıbsa, özünü gülünc vəziyyətdə qoyub”.Tacir Şahmalıoğlu "qanuni oğru"larla fotosundan danışdı
Tarix: 10-11-2017, 14:46
Xəbəri paylaş





Xəbər lenti