Sevil-Sevinc bacıları: “Rahatıq, qaranlıq keçmişimiz yoxdur”

Sevil-Sevinc bacıları: “Rahatıq, qaranlıq keçmişimiz yoxdur” Şou-biznesin məşhur əkizləri Sevil- Sevinc musavat.com saytının suallarına cavab verib. Yeni işlərindən danışan Sevil son günlər iki klip təqdim etdiklərini deyib:
““Azərbaycan bayrağı” mahnısını ifa etdik, klip çəkildi. Bu layihə bayraq gününə həsr olunmuşdu.

Bir neçə gün öncə “Dəlicəsinə” mahnısına çəkilən klipi də tamaşaçıların ixtiyarına verdik. Söz-musiqisi Elçin Məhərrəmova aid mahnıya Kamran Aydınov ekran həyatı verib. Klipdə məşhur model Əli Əkbər çəkilib. Yeni işimizin seviləcəyinə inanırıq”.




- Artıq 4 ildir ki, hər səhər “Hər şey daxil” verilişi ilə tamaşaçıların görüşünə gəlirsiniz. Dəyişiklik etməyi düşünmürsünüz?

Sevinc: “ 4-cü ildir ki, aparıcılıq edirik. Tamaşaçılar sevir, izləyir bizi. Veriliş bizimlə qəbirə qədər gələn deyil. Nə vaxtsa, aparıcısı da dəyişə bilər, biz uzaqlaşa bilərik. Bunu böyük problem etmərik. Düşünürdüm ki, bir veriliş 3 il davam edə bilər. Amma biz artıq 4-cü ildir ki, ekrandayıq. Nə vaxtsa, tamaşaçılar bizdən bezsə, özümüz uzaqlaşacağıq.

- Siz yeni aparıcılığa başlayanda tez-tez tənqidlərlə qarşılaşırdınız. Indi onlar səngiyib.

Sevil: İlk addımları atanda tənqidlərin olması normaldır. Amma vaxt keçdikcə insan öyrənir. Deyirlər ki, filan kəsə baxıb, öyrəndim. Yalandır. Sənin başın daşa dəyməsə, öyrənmirsən. Bizim də 3 ilimiz geridə qalıb. Bu gün sərbəst veriliş aparmağımız normaldır. Müğənni ilə rahat danışırıq. Onların içərisindəyik, yaxşı və pis keyfiyyətlərini bilirirk. Ilk günlər müğənni nə isə deyəndə mikrofonu qoyub qaçmaq istəyirdim. Bu da qudurmuşluqdan , artıq özümüzü ulduz hesab etməyimizdən irəli gəlmir. Sadəcə təcrübə toplamışıq. Rahatıq, qaranlıq keçmişimiz yoxdur, sərbəst sözümüzü deyə bilirik.

Sevil-Sevinc bacıları: “Rahatıq, qaranlıq keçmişimiz yoxdur”

- Proqrama görə sizdən inciyən həmkarlarınız da az deyil.

Sevinc: Biz iki saat veriliş aparıb gedirik. Mövzuların, süjetin nə olacağını bilmirik. Səhər 9-da hər şeydən xəbərimiz olur. Amma bunu hər müğənni anlamır. Elə bilirlər ki, qəsdən onlara qarşı süjet hazırlayırıq, onları “vururuq”. Amma gerçək başqadır.

Əvvəllər efirdə bilmədən səhvlərə də yol vermişik. Allaha şükür, artıq elə hadisələr yaşanmır. Indi daha rahatıq.

- Özünüzü təkmilləşdirmək üçün nələr edirsiniz?

Sevinc: Heç nə etmirik. Yalandan deyə bilmərəm ki, kitab oxuyuram. Biz həm müğənnilik, həm aparıcılıq edirik. Klip çəkilişi, mahnı yazdırmaq, fotosessiya çəkdirmək, efir hazırlığı, şənliklər – hamısı vaxt aparır. Yalanda təkmilləşmək üçün nə isə etdiyimizi deyə bilmərəm. Amma irad gələndə onu düzəltməyə çalışırıq.

Sevil: Yayda hamı istirahət edəndə biz filmə çəkildik. Toylara başımız qarışdı. Sonra da efir başladı. Bu yay istirahət etməmişik.

- Dediniz ki, qonaqların kimliyini səhər öyrənirsiniz. Olub ki, gəlib küsülü olduğunuz müğənnini studiyada görmüşünüz?Sizin qadağanızda olan müğənni var?

Sevinc: Biz həftəliyi yazırıq. Amma mövzuya uyğun süjetlərdən xəbərdar olmuruq. Heç vaxt küsülü olduğumuz sənətçi qonağımız olmayıb. Bu da 2-3 nəfərdir. 4 il ərzində heç qonağımız olmayan sənətçilər küsülü olduğumuzdur. Əvvəl qonağımız olub, indi olmayanlar da var. Bu normal haldır. Çünki nə o müğənni özünə hörmətsizlik edib, verilişimə gəlməz, nə də biz özümüzə və tamaşaçılarımıza hörmətsizlik edib, onu qonaq dəvət edərik. Çünki tamaşaçı süniliyi, səmimiyyətsizliyi duyur. Bunu onlara rəva bilmirik.

Sevil-Sevinc bacıları: “Rahatıq, qaranlıq keçmişimiz yoxdur”

- Elə insan var ki, qonağınız olmasını istəyirsiniz, amma hələ ki, mümkün deyil?

Sevil: Zeynəb Xanlarova

Sevinc: Zeynəb xanımın qonağımız olmasını çox istəyirik. Hər zaman bunu deyirəm. Amma utandığımızdan bu barədə ona müraciət etməmişik. Nə zamansa, özümüzdə cəsarət tapıb qonaq dəvət edəcəyik.

Könül
Tarix: 12-11-2017, 17:13
Xəbəri paylaş





Xəbər lenti