Ölkədən çıxışına qadağa qoyulan Təranə: “Faktlarla danışacağam”

Ölkədən çıxışına qadağa qoyulan Təranə: “Faktlarla danışacağam”
Müğənni Təranə Qumral həbs olunma ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com saytına açıqlama verən ifaçı deyib ki, zamanı gələndə danışacaq: “Hələ ki, susuram. Bu xəbər əhvalımı korlamadı. Başım Yeni ilə qarışıb. Ailəm, uşaqlarımla bayram planları qururam. Kim bekardı, qoy, o danışsın. Təranə isə danışanda faktlarla danışır. Tezliklə, qəşəng cavabım olacaq”.

Qeyd edək ki, müğənni Nazəninin vəkili Heyrat Qarayev müğənninin məhkəmə qərarına əməl etmədiyi üçün həbs oluna biləcəyi və ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumat yaymışdı

Xatırladaq ki, T. Qumralla Nazənin arasında qalmaqal “ANS”-nin “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi.

T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Könül,
Tarix: 11-12-2017, 14:32
Xəbəri paylaş





Xəbər lenti