"...MÜĞƏNNİLƏRİN MƏMUR SEVGİLİLƏRİ VƏ BAHALI HƏDİYYƏLƏRİ..."

Aydın Xan Əbilov: "“Bizdə isə biznesmenlər, iş adamları ancaq özlərinin kefi, əyləncəsi üçün bu işlərlə məşğul olur"




"Avropa ölkələrində biznesmenlər, varlı şəxslər incəsənətə, ədəbiyyata, mədəniyyətin müxtəlif sahələrinə yardım məqsədilə öz adlarına fondlar açır, qrantlar ayırır, layihələr maliyyələşdirir”.

Bunu "Sherg.az”a kulturoloq Aydın Xan Əbilov deyib.

O vurğulayıb ki, bir çox dövlətlərdə bu sahələrə buraxılan qrant və pullara görə, həmin biznesmenlər, fond sahibləri vergi və s. güzəştlər əldə edirlər:


"Bizdə isə biznesmenlər, iş adamları ancaq özlərinin keyfi, əyləncəsi üçün bu işlərlə məşğul olur"Bizdə isə biznesmenlər, iş adamları ancaq özlərinin keyfi, əyləncəsi üçün bu işlərlə məşğul olur. Digər tərəfdən, bir çox məmurlarımız isə ailə üzvləri, övladları və s. üçün iş yerləri açıb və onlar yaxşı pul qazanırlar. Mənəvi baxımdan, məmur ya biznesmen sənət adamlarına yardım edirsə, kiminsə ailə məişət, sosial problemlərin həllinə dəstək verirsə, bu, müsbət addımdır. Amma qeyd etdiyimiz kimi, bu, qeyri-qanuni yolla əldə edilmiş gəlirlər, "qara pullar”ın yuyulması variantı olmamalıdır. Sırf şəffaf şəkildə, öz gəlirlərindən əldə etdiyi qazanclardan bunları həyata keçirirlərsə, təqdir olunmalıdır”.

Sənət adamlarının, müğənnilərin məmur sevgililəri, onların bahalı hədiyyələri ilə gündəmə gəlməsi məsələsinə də toxunan A.Əbilov bunlar kiminsə əyləncəsi üçün atılan addım kimi dəyələndirilir:

"Sənət adamları, mədəniyyətlə məşğul olan insan özü dolana bilməsə belə, kiminsə ailəsini dağıdacaq qrantlara, pullara meyl etməməlidir. Bütün dünyada buna "qara pulların yuyulması” kimi baxılır, yaxud kiminsə əyləncəsi üçün atılan addım təəssüratı bağışlayır.

İstənilən halda, imkanlı şəxslərin mədəniyyətin inkişafı üçün pul ayırmasını dəstəkləyirik. Belə deyim var, "oğrudan oğruya halaldır”. Kimsə haradansa, pul əldə edib, incəsənətin inkişafı, sənət nümayəndəsinin yaradıcılığı xərcləyə bilər. Sənət adamları həssas və sosial müdafiəyə ehtiyacı olan insanlar sayılır. İncəsənətlə məşğul olan insan həmin pul buraxan şəxsin, yaşadığı cəmiyyətin estetik dəyərlərini, mədəniyyətini zənginləşdirməklə məşğuldur. Bunu müsbət qəbul etməliyik. Cəmiyyətin yazılmayan qanunlarına görə, bu, qəbul olunan variantdır”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə və cəmiyyətdə məmurların müğənni, model, digər peşə sahibi olan sevgililəri haqqında tənqidlər səsləndirilir. Xüsusilə, bəzi müğənnilərin məmur sevgililərindən aldıqları bahalı hədiyyələri sosial mediada geniş yaymaları insanların narazılığına səbəb olub.

Aysel Aslan
Tarix: 10-01-2018, 09:04
Xəbəri paylaş





Xəbər lenti