“Vicdan haqqı”ndan gedən Natavan: “O pul haram xoşları olsun”

“Vicdan haqqı”ndan gedən Natavan: “O pul haram xoşları olsun”
Aktrisa Natavan Əfəndiyeva “Vicdan haqqı” serialında rol alsa da, qonorarını ala bilmədiyi haqda yayılan məlumatlara münasibət bildirib.

Musavat.com saytına açıqlama verən aktrisa deyib ki, ona cəmi 500 manat ödənilib: “Mən də, Rövşən İsax da həqiqəti bilir. Bəli, il boyu çəkilsəm də, qonorarım ödənmədi. Mənə cəmi 500 manat verdilər. Haram xoşları olsun. Bu haqda çox danışmaq istəmirəm, başqa məsələlər də var”.

Qeyd edək ki, serialın rejissoru Rövşən İsaxla mübahisə etdiyi üçün ekran işindən uzaqlaşan Natavanın qonorarını ala bilməməsi haqda xəbəri minval.info saytı yaymışdı.

Könül
Tarix: 10-01-2018, 14:10
Xəbəri paylaş





Xəbər lenti