Elman Rüstəmovun qızı “fashion week”ə qatılıb

Mərkəzi Bankın sədri Elman Rüstəmovun modelyer qızı Günel Rüstəmova Parisdə keçirilən moda həftəsində iştirak edib. “Qafqazinfo” xəbər verir ki, modelyerin dizayn etdiyi əl işləri təqdim edilib.
Sözügedən gecədə dünyanın tanınmış modelyerləri, modelləri, iş xanımları iştirak edib.
Moda həftəsindən çəkilən fotoları “Nargis” jurnalının rəhbəri Ülviyyə Mahmudova instaqram səhifəsində yayımlayıb.
Qeyd edək ki, G. Rüstəmovanın moda evi Londonda yerləşir.
Elman Rüstəmovun qızı “fashion week”ə qatılıb


Tarix: 25-01-2018, 11:27
Xəbəri paylaş





Xəbər lenti