Tünzalə cazibədar, Nazpəri ciddi, Xatirə yaşlı – gecənin ulduzları modelyerin gözündə

Tünzalə cazibədar, Nazpəri ciddi, Xatirə yaşlı – gecənin ulduzları modelyerin gözündə
Modelyer Elnarə Bəkirova bu ilin ilk mükafatlandırması olan "Azerbaijan Best Awards" gecəsi üçün məşhurların geyim seçimini analiz edib. Modelyer gecənin ən zövqlü və zövqsüzlərini seçib. Elnarə əməkdar artist Tünzalə Ağayevanı və müğənni Səbinə Babayevanın geyim seçimini çox bəyənib.

Tünzalə Ağayeva

Bu il fərqli kəsimlər dəbdədir. Tünzalə xanım da dəbi izləyənlərdir. Bu geyimi gözoxşayandır. Bədəninə oturub və ona yaraşıb. Aksesuarları və makiyajı yerində seçilib. Onu çox bəyəndim. Sadə və gözəl, göstərişli və cazibədar görünür.

Naina İbrahimova

Əməkdar artist Naina İbrahimova çox gözəl xanımdır, baxımlı olduğu bəllidir. Bu dəfə geyimi çox səliqəsizdir. Gərək, ətrafındakı insanlar ona bunu deyərdi. Paltarda büzüşmələr var. Əl çantası yersizdir. Hamısı bir rəngdədir, bu da gözü yorur. Özünü “Barbie” gəlinciklərinə oxşatmaq istəyib, amma səliqəsiz görüntü alınıb. Sinə dekoltesinə isə heç nə deyə bilmərəm. Öz seçimidir.

Aynur Kərimova

Aparıcı Aynur Kərimova geyim rəngini düzgün seçməyib. Görüntüsü səliqəsizdir. Paltarın kəsimi onu boğub. Saçının rəngi ilə qırmızı yaraşmayıb. Makiyajı isə yaxşıdır. Ümumi olaraq yaxşı görünür.

Səbinə Babayeva

Müğənni Səbinə Babayeva gözəl görünür. Saçı, makiyajı, dırnaqlarına qədər yaxşıdır. zövqlü görünür. Bədən ölçülərinə uyğun geyim seçib. Onu zövqlülər sırasına daxil etmək olar.
Müğənni Nuranı şou-biznesin zövqlü müğənnisi kimi tanıyıram. Həmişə gözəl geyinir. Saç rəngi ona yaraşıb. Paltarı və çantası ayrılıqda çox gözəldir, amma birlikdə yaraşmayıb. Ətəyinin beli çox yuxarıdan olduğu üçün belini qalın göstərib. Bir də ətəyin altdan geyindiyi mini ətək və ya şort səliqəsiz görünür.

Sevda Yahyayeva

Müğənni Sevdanın saç-makiyajı gözəldir. Fərqli kəsimdə geyim geyinib. Kaş, qolları üzərinə oturardı. Geyim fərqli olduğu üçün gözəl görünür. Onun da geyim tərzini bəyənirəm. Əvvəllər “cici qız” obrazında idi, indi olqunlaşmış qadın obrazındadır. Bu tərz ona yaraşır.

Nazpəri Dostəliyeva

Xalq artist Nazpəri xanım hörmət etdiyim sənətkardır. O daha ciddi geyimə üstünlük verib. Burada onu tənqid edəcək nə isə görmürəm. Kaş, şərf taxmazdı. O zaman sırğaları daha aydın görünərdi. Ayaqqabı qara olsaydı, yaxşı olardı.

Xatirə İslam

Müğənni Xatirə İslam yaxın dostumdur. Mükafatlandırmaya uyğun geyim geyinib. Çantasını geyimə yaraşdırmadım. Geyim onu kilolu göstərib.

Bu il fərqli kəsimlər dəbdədir. Tünzalə xanım da dəbi izləyənlərdir. Bu geyimi gözoxşayandır. Bədəninə oturub və ona yaraşıb. Aksesuarları və makiyajı yerində seçilib. Onu çox bəyəndim. Sadə və gözəl, göstərişli və cazibədar görünür.

Könül




Tarix: 25-01-2018, 21:00
Xəbəri paylaş





Xəbər lenti