Fəxrəddin Manafov: Onu özümə aşiq etmək istədim


Peşəkarlıq mənim üçün çox mühüm amildir. Hansı sahədə olursan-ol, əsas peşəkarlıqdır.Yaratdığın obrazın tarixini bilməli, ona intellektual yanaşmalısan. Sadəcə söz naminə obraz yaratmaq yox, ümumiyyətlə, onun mahiyyətini anlamalısan.
Xalq artisti Fəxrəddin Manafovun bu sözlərini bir sənətçi üçün qızıl düstur adlandırmaq olar.

Fəxrəddin Manafov1955-ci il avqustun 2-də Xankəndidə anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1976-1978-ci illərdə Tədris teatrında, 1989-1993-cü illərdə isə “Yuğ” Dövlət teatrında çalışıb.
O, “Park”, “Ölsəm... bağışla”, “Təhminə”, “Gecə qatarında qətl”, “Otel otağı”, “Qəm pəncərəsi” kimi ekran işlərində unudulmaz rollar yaradıb. Aktyorun ən çox sevilən rolu islə “Təhminə” filmindəki Zaurdur. Türk aktrisası Meral Konratla tərəf-müqabili olduğu bu film illər keçsə də, yaddaşlardan silinmir.Fəxrəddin Manafov həmin günləri və Meral Konratı belə xatırlayır:
“Həmin vaxt Meral böyük sevgi yaşayırdı. O, bir kişiyə dəlicəsinə aşiq olmuşdu. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki”.
Manafov səhnə danışığını, səhnə mədəniyyətini, səhnə plastikasını müəllimi Vaqif İbrahimoğludan öyrənib. Dəfələrlə müsahibələrində ustadı haqda danışır, onu böyük sevgi və hörmətlə yad edir.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:
Tarix: 27-02-2018, 09:23
Xəbəri paylaş





Xəbər lenti