Əməkdar artist onlara tərbiyəsiz dedi: "Bizdən əvvəlki nəsli araşdırsanız, görərsiniz ki..."

Əməkdar artist onlara tərbiyəsiz dedi: "Bizdən əvvəlki nəsli araşdırsanız, görərsiniz ki..."
Əməkdar artist Lalə Məmmədova şou-biznesdəki qalmaqallardan danışıb.

Müğənni bildirib ki, sənətdə irəliləmək üçün dava-dalaş mütləqdir:



“Qalmaqalsız irəliləmək çətindir. Mənim də sənət adamları ilə davam olub. Amma anlaşmağa cəhd göstərmişəm. Arada kəsilən duz-çörəyi tapdalayıb keçmək mənlik deyil. Mən qalmaqalı kamera qarşısında etmədim. Biz və bizdən əvvəlki nəsli araşdırsanız, görərsiniz ki, korifeylər arasında da qalmaqal olub. Kimi bunu tərbiyəli, kimi tərbiyəsiz şəkildə tamaşaçıya çatdırır. Mənə xoş deyil. Mən sənətçinin ifasını eşitmək istəyirəm. Bizə beyin, qulaq, danışmağa ağız verilib. Hərə bundan bir cür istifadə edir. Məni narahat edən yeni nəslin qalmaqalıdır. Onlarda tərbiyəsizlik var”.(“Klip+”)
Tarix: 28-02-2018, 09:42
Xəbəri paylaş





Xəbər lenti