"Bu, nədir? Sizin bu millətlə nə düşmənçiliyiniz var?"





 “2-3 gün öncə yenə də öz aləmimdə Azərbaycan kanallarının monitorinqini aparırdım. ARB 24-ün möhtəşəm görüntüsü və peşəkar işıq şefinin işi məni sevindirdi. Halbuki bu tərifi ARB TV-nin özünə şamil edə bilmirəm. Baxırsan ki, bir şirkətdir – biri aya gedir, digəri çaya”.
 
Primetime.az xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir sosial şəbəkədə yazıb. O, telekanallardan narazı olduğunu, iradını belə dilə gətirib:
 
“İTV-nin “Pressinq”i məni sevindirdi, diqqətimi cəlb etdi. Gəldim Lider TV-də “Ürək ağrısı” serial göstərirdilər. Tənbəllik etmədim, axıra kimi baxdım. Dedim bəlkə, mən nəyisə başa düşmürəm. Bu, nədir? Sizin bu millətlə nə düşmənçiliyiniz var? Bunu kimə göstərirsiniz? Məqsəd nədir? O “prodüser”lər serialın vaxtına görə sizə nə qədər pul verirlər – 500-600 manat? Bu pul kanalın imicinə dəyərmi? Məqsədinizi açıq deyil, bilək ki, kanalın formatı nədir. Axı, niyə belə edirsiniz? Hörmətlə, tamaşaçı – “Ürək ağrısı” ilə!”
Tarix: 27-05-2019, 12:26
Xəbəri paylaş





Xəbər lenti