“İndi nə yazıq ki, ortada kişilik yoxdur. Onlara bilmirsən kişi deyəsən, yoxsa qadın. Bəzi arvadfasonlar müəllimlərin, həkimlərin, aktyorların, rejissorların, zavodda işləyən fəhlələrin də içində var. Sadəcə biz üzdəyik deyə, bütün neqativ hallar üzə çıxır”.

Minval.info xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Show news” proqramına açıqlamasında bildirib. O, şou-biznesin indiki halından şikayətçi olduğunu qeyd edib:

“Müğənnilərin instaqram xəstəliyi var. Hər şeyi paylaşırlar. Mən də el ilə sürünürəm. 5 il əvvəl instaqram yox idi. Amma hər kəsin toyu, işi var idi. İndi bu gündəmdədir. Heç “Youtube”da trendə düşməyin nə olduğunu bilmirdim. İndi öyrənmişəm. Mən bu ölkənin Əməkdar artistiyəm. Trend filan boş şeylərdir”.