Azərbaycanda məşhur müğənnini əri VƏHŞİCƏSİNƏ DÖYDÜYÜ VAXT əkiz uşaqlara hamilə imiş...



Son günlər Azərbaycanda qadınlara qarşı bir neçə cinayət hadisəsinin baş verməsi geniş müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, sosial mediada #Şiddətəson həşteqi ilə paylaşımlar edilir. Bu həşteqə yerli məşhurlar da qoşulub.

Qeyd edək ki, zaman-zaman həyat yoldaşı tərəfindən şiddətə məruz qalanlar arasında xanım məşhurlarımız da az deyil. 

Tanınmış müğənni Roza Zərgərli həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Müğənni “Sibir çiçəyi” adlı kitabında baş verənləri belə xatırlayır:

“Mübahisəmizin sonu yenə də mənim döyülməyimlə nəticələndi. Onun üzümə vurduğu sillənin gücündən yerə yıxıldım. Cəld ayağa qalxdım və “Bir də məni vursan, səni polisə verəcəm!”- dedim. Bu sözlərimdən sonra, o, daha da vəhşiləşdi. Boğazımdan tutub, dayanmadan üzümə yumruqlar endirdi, sonda qarnıma təpik ilişdirdi. Bundan sonra ayağa dura bilmədim... Sürünə-sürünə qapıya sarı getdim, hiss etdim ki, nəfəsim kəsilir. Qonşumuz Zina xala məni həkimə apardı, 4 saatdan sonra özümə gəldim”.

Qeyd edək ki, həmin hadisə baş verən zaman əkiz uşaqlara hamilə olan  Roza Zərgərli doğuş zamanı övladlarından birini itirib.

Həyat yoldaşı tərəfindən şiddətə nəruz qalanlardan biri də gənc müğənni Anaradır. O bildirib ki, türk əsilli həyat yoldaşı onu müğənni kimi qəbul edərək 8 il öncə ailə həyatı qurub.

Lakin müğənni evlilikdən 2 il sonra həyat yoldaşının ona sənəti ilə bağlı qadağalar qoyduğunu və hər gün bu qadağaların artdığını sözlərinə əlavə edib. 

Müğənni dəfələrlə əri tərəfindən şiddət gördüyünü, hətta sonuncu dəfə sözügedən olay zamanı qaşının yarıldığını da qeyd edib.

Müğənni İlahə İbadova da keçmiş həyat yoldaşı tərəfindən döyülüb. O, keçmiş əri tərəfindən döyülməsinin səbəbini isə belə açıqlayıb: 

"Düzdür, belə hadisə yaşanıb. Məni ATV-nin qabağında döyüb. Bunu işçilərdən də görən olub. Mənim köməkçim oğlan idi. O, bunu bəanə gətirirdi. Köməkçim mənə yardım etmək istədi. Onun ailə söhbətimizə qarışmasına razı olmadım və yola saldım getdi".

Bu yaxınlarda ana olan rəqqasə Oksana Rəsulova eks-həyat yoldaşları barədə maraqlı fikirlər səsləndirib: 

“Keçmiş ərlərimdən şiddət görmüşəm”. 

Xatrıladaq ki, müğənninin keçmiş həyat yoldaşı, reper Elşad Xose bir müddət öncə polis tərəfindən saxlanılıb. Buna səbəb Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib. Reper sonradan sərbəst buraxılıb. 


Tarix: 11-10-2019, 14:04
Xəbəri paylaş





Xəbər lenti