İlin ən qalmaqallı şou-biznes və mədəniyyət olayları – evi əlindən alınan, həbsə girən, azadlığa çıxan, sevgi qurbanı olan...

 

Yeni İlə artıq sayılı günlər qalıb. Beləliklə bir neçə gündən sonra 2019-cu ili də geridə qoyacağıq. Bəs bu ildə şou-biznes və mədəniyyət aləmi hansı hadisələr ilə yadda qaldı?

Bu ilin ən yadda qalan hadisələrindən biri müğənni Fədayə Laçının azadlığa çıxması oldu. Xatırladaq ki, xanım müğənni 2017-ci il oktyabrın 30-da həbs olunmuşdu. O, “Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağamiyə dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün ittiham edilmişdi.

Həm tutulduğu zaman, həm də həbsdə olduğu müddətdə bir neçə dəfə xalq artistləri, tanınmış sənətçi və jurnalistlər onun bağışlanması üçün ölkə rəhbərliyinə müraciət etmişdi. Nəhayət ki, 2019-cu il müğənni üçün düşərli oldu və o, oktyabrın 29-da azadlığa çıxdı.

 

i Fədayə Laçının ile ilgili görsel sonucu

Onun azadlığa çıxması da bir olay oldu. Bilinməyən səbəbdən müğənni həbsxanadan gizlin şəkildə, jurnalistlərin “gözündən iraq” şəkildə, laçın kimi “pərvazlanıb uçaraq” çıxdı. Onu da əlavə edək ki, müğənni həbsi müddətində duet ortağı Tacir sərt ifadələr səsləndirsə də, hazırda yenidən birlikdə efirdə görünür, duet istəklərini dilə gətirirlər.

Təranə Səmədova ile ilgili görsel sonucu

Həbsdə olan prodüser Təranə Səmədova da bu il azadlığına qovuşdu.  Xatırladaq ki, prodüser ötən il insan alverində təqsirləndirilərək, həbs edilmişdi. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib və yanvar ayında həbs olunmuşdu. Beləliklə, bu ilin may ayının 6-da azadlığa çıxdı.

Kamil Zeynallı ile ilgili görsel sonucu

Bu il iki sənətçi azadlığa çıxsa da, həbsə düşənlər də oldu. Məsələn, idmançı Kamil Zeynallı 10 gün həbs həyatı yaşamalı oldu. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbslə cəzalandırılmışdı.

Rəşad İlyasov və həmkarı Rüfət Axundovun ile ilgili görsel sonucu

İlin ən yadda qalan olaylarından biri də əməkdar artist Rəşad İlyasov və həmkarı Rüfət Axundovun canlı efirdə biabırçı ifadələr işlətməsi oldu. Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundovun mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə etdiyini əsas gətirərək  aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilib ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulsun.

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsinin  384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət etdi. Nəticədə televiziya səkkiz min manat cərimələdi.

Müğənni Rüfət Axundov ile ilgili görsel sonucu

Müğənni Rüfət Axundov isə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edildi. Əməkdar artist Rəşad İlyasovun AzTV və “Mədəniyyət” telekanalında yayımlanan “Yaradanlar və yaşadanlar” proqramı isə bağlandı. Hətta tamaşaçılardan biri hər iki sənətçinin həbs tələbilə bağlı məhkəməyə müraciət etmişdi. Lakin, məhkəmənin çıxardığı qərara əsasən, R.İlyasov və R.Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən rədd edildi.

Mübariz Tağıyevin ile ilgili görsel sonucu

Bu ilin maraqlı olaylarından biri 70 yaşlı xalq artisti Mübariz Tağıyevin 3-cü dəfə ata olması ilə bağlı xəbərin yayılması oldu. Qeyd edək ki, xalq artistinin ikinci evliliyindən iki qızı var. Yayılan xəbərlə bağlı “Yeni Müsavat”a açıqlama verən xalq artisti onun deyil, qızının övladının dünyaya gəldiyini demişdi. Müğənni hətta yayılan xəbərə “ 70 yaş nədir ki, bəlkə də üçüncü dəfə ata olmaq fikrim var” deyə zarafatla reaksiya vermişdi.

İlqar Muradov və 74 yaşlı Cavan Zeynallı ile ilgili görsel sonucu

Bu arada qeyd edək ki, bu il İlqar Muradov və 74 yaşlı Cavan Zeynallı xalq artisti fəxri ada layiq görüldü. Lakin bir qədər keçməmiş Cavan Zeynallının ölüm xəbəri yayılmışdı.

Röya Ayxan, Miri Yusif, Tünzalə Ağayevə ile ilgili görsel sonucu

Məşhur cazmen Cavan Zeynallı 74 yaşında fəxri ada layiq görülsə də, Röya Ayxan, Miri Yusif, Tünzalə Ağayevə gənc yaşda bu ada layiq görülə bildilər. Onların fəxri ada layiq görülməsi bir müddət müzakirə obyekti oldu. Bakıya gələn türk şoumen Cem Yılmazın “Bir həftə Bakıda qalsam Miri Yusif kimi xalq artisti olaram” deməsi bu müzakirələri daha da alovlandırmışdı.

Üzeyir Mehdizadənin ile ilgili görsel sonucu

Digər müzakirəli mövzulardan biri gənc müğənni Üzeyir Mehdizadənin “Yaxşı olar” mahnısına çəkilmiş klipin bir il ərzində  100 milyon 300 min baxış toplaması oldu. Məlum olduğu kimi, bu rəqəm ölkəmizdə demək olar ki, rekord həddir. Halbuki Üzeyir Mehdizadə mahnılarına, ifalarına görə dəfələrlə tənqid atəşinə tutulub, peşəkar musiqiçilər onu zövqləri korlamaqda ittiham edib, əksəriyyət onu dinləmədiyini və hətta tanmadığını dilə gətirir. Lakin görünəni budur ki, cəmiyyətdə daha çox bu cür ifalar sevilir, bəyənilir.

Kərim Abbasovun tele-aparıcı Elçin Əlibəyli ile ilgili görsel sonucu

İlin sonuna yaxın baş verən ən qalmaqallı olaylardan biri müğənni Kərim Abbasovun tele-aparıcı Elçin Əlibəyli haqqında şok iddialar səsləndirməsi oldu. Belə ki, müğənni sosial şəbəkədə yazaraq bildirmişdi ki,

Əlibəyli ona yaxın olmaq üçün dəfələrlə təklif ünvanlayıb: "Camaat, eşidin və bilin, Elçin 12-13 il əvvəl məni özünə yaxın tutmaq üçün əlaqə yaratdı. Qorxumdan onunla tək qala bilmirdim. Qurşaqdan aşağı əl atmalarından bezmişdim. Hər dəfə məni divara dirəyib, nələrsə tələb edirdi. Ondan qaçdım və əlaqəni kəsdim. Sonra məndən qisas almaq üçün Təranə (keçmiş arvadı, prodüser Təranə Səmədova - red.) ilə birləşib məni efirdən "vurdu". Öz cinsi azlıq adını mənə qoydu. Mən həm Təranə, həm də Elçinin qurbanı oldum.

Qardaşın Oqtay ("Soy" prodakşının rəhbəri Oqtay Əliyev - red.) sənə məsləhət gördü ki, Kərim zibillərinin üstünü aşmamış, efirdən get. ATV-də işləyəndə orada kimlərin balalarına əl atmamısan ki... Onlarla birləşib, təcavüz etdiyin üçün sənə qarşı  cinayət işi açacam. Əlimdən rahat qurtara bilməyəcəksən.

Ümid edirəm ki, məni məhkəməyə verərsən. Sənin qara günlərin ondan sonra başlayacaq”.

Bu qalmaqal səngiməmiş aparıcının arvadı tərəfindən döyüldüyü, buna görə polisə müraciət etdiyi barədə məlumatlar yayıldı. Lakin həm tele-aparıcı, həm də xanımı mətbuata açıqlama verərək, yayılan xəbərləri təkzib etdilər. Daxili İşlər Nazirliyi isə bu məsələyə aydınlıq gətirməkdən yayındı.

Pərvin Abiyeva polis sevgilisi ile ilgili görsel sonucu

Bu arada aktrisa Pərvin Abıyevin polis sevgilisi sevgi “qurbanı” olub, işindən xaric edildi. Belə ki, sosial şəbəkələrdə aktrisanın sevgilisinin ad günündən yayılan açıq-saçıq görüntülər bu olaya səbəb olmuşdu. Daxili İşlər Nazirliyi bəyanat yayaraq bildirmişdi:

“Bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb. Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir. DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.

Məlumatda həmçinin qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Mədəniyyət aləminin isə ən qalmaqallı olaylarından biri xalq artisti Afaq Bəşirqızının xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətova qarşı sərt ittihamlar səsləndirməsi, Teatr Xadimləri İttifaqının qurultayından boykot verməsi oldu./Musavat.com/


Tarix: 13-12-2019, 07:50
Xəbəri paylaş





Xəbər lenti