“Bu axmaqlar axşama kimi müğənnilərin səhifəsində yatırlar ki, bir şey tapsınlar...”





Xəbər verdiyimiz kimi müğənni Nadir Qafarzadə “İnstaqram”da izləyicisi olan bir xanımla mübahisə edib. Bu zaman müğənni qeyri-etik ifadələr işlədib və ““İnstaqram”a girən qadınların 70 faizi fahişədir, kişi ovuna çıxıblar”-deyib.

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı N.Qafarzadəylə əlaqə saxlayıb, lakin telefon zənglərinə müğənninin meneceri Ərtoğrul bəy cavab verib. O, müğənnini müdafiə edərək bu xəbəri yayan saytları ittiham edib:

“Bu saytlar niyə yaxşı şeyləri yazmırlar? Getsinlər öz işləri ilə məşğul olsunlar. Bunu edənlər qələt edib, başlarını daşa döyüblər. Bunlar axmaq-axmaq adamlardı və axşama kimi müğənnilərin səhifəsində yatırlar ki, bir şey tapsınlar. Deməyim odur ki, Nadir bəy bu qədər xeyirxah işlər görür, insanlara köməklik edir, dövlət tədbirlərdində iştirak edir, əsərlər oxuyur, amma bunu işıqlandıran olmur. Lakin bir dəfə neqativ hal baş verən kimi onu tez yazırlar. Əgər onlar Azərbaycan xalqına qarşı olan ermənipərəst saytlardırsa, ermənilərə xidmət edirlərsə, bunu yazsınlar və biz də bilək. Yox əgər azərbaycanlıdılarsa, onda Azərbaycan dəyərləri ilə davranıb insaniyyətlik göstərsinlər”.

Vasif Əlihüseyn 
Tarix: 22-02-2020, 23:10
Xəbəri paylaş





Xəbər lenti