"Muğam oxuyan qızları imkanlı daydaylarla min oyundan çıxarkən gördüm" - Tolik

"Muğam oxuyan qızları imkanlı daydaylarla min oyundan çıxarkən gördüm" - Tolik

Xəzər Tv-də yayımlanan "Hər şey daxil" verilişində aparıcı Tolik yenə qalmaqallı açıqlaması ilə gündəm yaradıb.

"Yeni Sabah" xəbər verir ki, aparıcı bu dəfə xanəndə qızlara "ilişib". Tolik bildirib ki, estrada müğənnilərimiz xanəndə qızların yanında toya getməlidir.

Aparıcı bəzi xanəndə qızların Rusiyada "nə hoqqalardan" çıxdığının şahidi olduğunu deyib:

"Mən əlinə qaval alıb oxuyan xanımlar gördüm ki, estradamızın ən populyar müğənnilərinin çıxmadığı oyundan onlar Rusiyada çıxırlar. Mən bunu gördüm, imkanlı daydaylarla... Düzdür, hamısına şamil etmirəm bunu. Ondan sonra mən əlimi dişlədim, dedim "Kül sənin başına, ay Tolik. Sən heç nə bilmirmişsən ki, nələr var".

Tarix: 27-02-2020, 21:34
Xəbəri paylaş





Xəbər lenti