Nigar Camaldan partiya sədrinə: ““Ell və Nikki, yoxsa Eliş - Nikki?”



Ağ Partiya başqanı Tural Abbaslı açıqlamasında "Evrovision" qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir: "Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar".
 
Pravda.az xəbər verir ki, T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla  fotosunu paylaşaraq bunları yazıb:
 
"Ell və Nikki, ya Eliş və Nikki?".
 
Eldar isə həmin paylaşıma bir komment əlavə edib:
 
"Məncə, Nicar Jamalzadə".
 
Sənətçinin paylaşımı sosial şəbəkələrdə T.Abbaslının açıqlamasını xatırladıb.
 
Tarix: 27-05-2021, 15:18
Xəbəri paylaş





Xəbər lenti