"Operativ Qərargahda oturanlara inşallah ki, indidən sonra bir il toy nəsib olmasın" - TƏNQİD



Aparıcı-aktyor Sərxan Kərəmoğlu Operativ Qərargahı tənqid edib.

Pravda.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabınbda paylaşdığı videoda danışıb. Hazırda Rusiyada olan aparıcı toylara icazə verilməməsindən gileylənib:

"Bütün Azərbaycan xalqına toy arzu edirəm. Qərargahda oturanlara inşallah ki, indidən sonra bir il toy nəsib olmasın. Amma bu xalqa toy lazımdır axı. Sizdə ərə gedən yoxdur, evlənən yoxdur. Bu xalqı niyə pis günə qoyursunuz? Allah insafınızı kəsməsin".

Sərxan Kərəmoğlu paylaşımına isə bunları qeyd edib:

"Allah Qərargahda oturanlara insaf versin, ya da olanını da alsın. Bu milləti qırdınız, batırdınız. Sənətkarları salmısınız çöllərə. Hər yerdə var bu xəstəlik, tək bizdə deyil ki. Restoranlarda vur çatlasın gedir, amma bəy gəlin olmaz. Niyə?".
 

Axşam.az
Tarix: 6-06-2021, 22:06
Xəbəri paylaş





Xəbər lenti