Kəmaləddin Heydərov: “ Səməd, ay Səməd, adə...”

Kəmaləddin Heydərov: “ Səməd, ay Səməd, adə...” “Ana” mahnısına görə adam güllələyərlər ?

“Qaçqınkom”un sədri hörmətli Əli Həsənovun nəvəsinin törətdiyi dəhşətli avtomobil qəzasından sonra FHN-nin şefi möhtərəm Kəmaləddin Heydərovun qardaşı Səmədin də adı dillərdə dastan olub. Adamın yadına “Axırıncı aşırım” fikmində Kərbəlayi İsmayılın dediyi “Səməd, ay Səməd, adə ölmüsən..“ sözləri düşür. Çoxları bu qəzanı FHN şefi üçün “Axırıncı aşırım” hesab edir. Ancaq bizə elə gəlir ki, Heydərov çox belə aşırımları aşa bilib. Həm də reallıq odur ki, bizim məmurların biri oğlunun, o biri nəvəsinin, biri də qardaşının güdazına düşür.
Nə isə keçək əsas məsələyə.
AFN saytının yazdığına görə, Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov 2013-cü ilin fevralın 6-da paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında ata-oğul Aydın-Emin Məmmədzadələri güllələyib. Sayt yazır ki, Aydın Məmmədzadə həmin gün restoranda anası üçün ad günü keçirirmiş. Məclisdə oğlanları və ailə üzvləri var imiş. Guya Məmmədzadələr ailəsi “Ana” manhısı sifariş edib və bu Səmədin xoşuna gəlmədiyi üçün ata-oğulu avtomatla güllələyib.
Mənbənin AFN saytına dediyinə görə Səməd həm də bahalı avtomobil və yüksək sürət düşgünüdür.
Məsələ ilə bağlı NUH.az-a danışan şəxs bildirdi ki, “Ana” mahnısına görə Səmədin ata-oğulu güllələməsi, özü də AVTOMAT-la güllələməsi gülünc söhbətdir. Heydərovlar aiəsi, başda Kəmələddin müəllim olmaqla musiqisevər ailədir. Mahnıya görə niyə güllələsin, axı..?
Mənbə NUH.az-a bildirdi ki, ata-oğulun güllələnməsinin daha ciddi və şok səbəbi var. Və Səməd təkcə avtomobil, yüksək sürət düşgünü deyil, onun digər hobbisi də var. Mənbənin dediyinə görə, hadisədən sonra ata Məmmədzadənin ayağı amputasiya olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


NUH.az
Tarix: 6-08-2017, 15:31
Xəbəri paylaş





Xəbər lenti