Minval.info xəbər verir ki, verilişdə gənc şairlərin dahi yazarları hədəfə alması, onları tənqid və təhqir etməsi müzakirə edilib.

Tanınmış yazıçı Murad Köhnəqala Kəramət Böyükçöl və Mikayıl Müşfiqi təhqir etməklə gündəmə gələn Elşad adlı gənci nəzərdə tutaraq bu sözləri deyib:

“Facebookda deyirlər ki, şairlər bu formada məşhurlaşmaq istəyirlər. Dörd yolda dayanasan, özünü söydürəsən və belə şəkildə məşhur olasan… Dəlilikdir bu, gedin özünüzü müalicə etdirin. Hər ikiniz müalicə olunun”.

M.Köhnəqalanın sözlərinə cavab olaraq K.Böyükçöl deyib ki, söyüş söyməyi ondan öyrəniblər:“Söyüşü cavanlar sizdən öyrəniblər. AYO deyilən bir qurum olub və o qurumun aparıcı imzalarından biri siz olmusunuz. Qarşınıza çıxanı söymüsünüz”.

Köhnəqala isə cavabında deyib ki, “Sən öz zibilini örtmək üçün qarşı tərəfə şər atma. Elə şey olmayıb”.

“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə, cümə və şənbə günü saat 21:45-də efirə gedir.

Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.