"Pokrovka Məhərrəm" azadlığa çıxdı


Azərbaycandan olan biznesmen Məhərrəm Həsənov (daha çox "Pokrovka Məhərrəm" adı ilə məşhurdur) azadlığa çıxıb. Virtualaz.org-un əldə etdiyi videokadrlardan görünür ki, dostları Məhərrəm Həsənovu azad edilməsi münasibətilə təbrik edirlər.

Bir az əvvəl biznesmen Moskvada “SOBR” döyüşçüləri tərəfindən saxlanılmış və qandallanaraq diz üstə qoyulmuşdu.

Virtualaz.org-a məlum olub ki, "Pokrovka Məhərrəm"in azadlığa çıxması Quba rayonundan olan milyarder Qod Nisanovun müdaxiləsindən sonra mümkün olub.

Qeyd edək ki, Məhərrəm Həsənov Rusiyada "tərəvəz mafiyası"nın əsas fiqurlarından biridir. Şəmkir rayonundan olan M.Həsənov fəaliyyətinin pik dövründə Azərbaycandan kənd təsərrüfatı məhsullarının Moskvaya çatdırılmasının əhəmiyyətli hissəsinə nəzarət edib.

"Pokrovka" ləqəbini Məhərrəm Pokrovski tərəvəz bazası sayəsində alıb. 2014-cü ilə qədər qalmaqallı Pokrovka Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi...



Tarix: 1-04-2018, 09:30
Xəbəri paylaş





Xəbər lenti