Türkan Məmmədova kimlərin qurbanı olub?


Bir neçə gündür Şəkidə baş verən ana ölümü müzakirə mövzusuna çevrilib. Sevinc Musayeva adlı “facebook” istifadəçisi isə yazır ki, hadisənin əsl günahkarları başqalarıdı və indiki halda günahsız adamı cəzalandırmaq istəyirlər.
Sevinc Musayeva məlum statusunda belə yazır: “Mən Şəki sakini və ədalətsizliyə qarşı olan insanlar adından sizlərə müraciət edirəm. Xahiş edirəm bu məsələyə biganə qalmayın, axıra qədər oxuyun və ədalətin öz yerini tapması üçün paylaşın.
Hər kəsin bildiyi kimi Şəki şəhərində 28.03 2018- ci ildə bir ana ölümu faktı qeyd alınıb. Bir faciə baş verib. Əslində bu vaxta qədər oxuduğunuz, bildiyiniz kimi hadisə baş verməyib. Bueda da yenə haqsızlıq gedib. Sizləri yalnış yönləndirmələrinə imkan verməyin ki, günahı olanlar cəzalandırılsın.
Bir ana ölümü hadisəsi Şəki Regional Perinatal Mərkəzində baş verib. 28.03.2018 ci ildə Şəki şəhər sakini 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı Şəki Regional Perinatal Mərkəzə qəbul olunmuşdu. Göstərişlə hamilə qadın qeysəriyyə əməliyyatı olmuşdu. Əməliyyatı MRX-nın (Mərkəzi Rayon Xəstəxanasının) baş həkimi Novruzov Azad Məcidinski və patologiya şöbəsinin müdiri Məmmədova Saniyə icra etmişdilər. Qeysəriyyə əməliyatı zamanı sağ-salamat qız körpəsi dünyaya gəlmişdi. Qadının ümumi vəziyyəti kafi(stabil)olmuşdur. Qeyd edək ki, sizi yalnış məlumatlandırıblar. Qeysəriyyə əməliyyatı zamanı heç bir damar zədələnməyib, aorta damarı isə heç cür zədələnə bilməzdi. Çünki bu insan organizmində ən böyük damar olduğu üçün xəstənin 3 gün yaşaması heç cür mümkün olmazdı. Qeyd edək ki, bu təkrar doğuş idi, xanımda uşaqlıq yığılmayıb (sıxılmayıb) və atonik qanaxması başlayıb. Bu səbəbdən göstəriş olaraq xəstə əməliyyata alınır, uşaqlıq götürülür. ( ekstirpasiya adlanan əməliyyat). Bu əməliyyata baş həkim Novruzov Azad Məcidinski, Abdullayev Rafael və Xalid həkim ( ümumi cərrahi şöbəsinin müdiri) girmişdilər. Bildirək ki, Saniyə həkim bu əməliyyatda iştirak etməyib. Uşaqlığın götürülmə əməliyatında bu 3 cərrah iştirak edib. Azad, Rafael və Xalid “həkim” sidik kisəsini zədələmişdilər, güdülün başını bağlamamış və hemostaz etməmiş yaranı bağlamışdılar. Bu əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşmiş və profuz qanaxma başlamışdı. Xəstənin qanını saxlaya bilmədiklərindən bu 3 ümumi “cərrahlar” qan köçürməyə başlayıblar. Şəki camaatı qan vermeyə gəliblər, ancaq qanaxma dayanmayıb. 28 Martdan 29-una keçən gecə əlacsız Bakıdan həkim briqada çağırılıb: ümumi cərrah və reanimatoloq tərkibində. Xəstə 3 -cü dəfə əməliyyata götürülüb. Bakıdan gələn ümumi cərrah Azad, Xalid və Rafael tərəfindən icra edilən 2-ci əməliyyatda çox böyük nöqsanlar tapıb, hansılar ki, qanaxmaya səbəb olub.Əməliyyatdan sonra xəstə bir müddət sabitləşib. Lakin Martın 30-u vəziyyəti ağırlaşıb və bu dəfə yenə Bakıdan həkim briqadası çağırılıb. Səbəb: böyrək çatışmazlığın yaranması imiş. Bu dəfə də əməliyyatı Şəki MRX-nın baş həkimi Azad Novruzov və Bakidən gələn ümumi cərrah icra edib.. Xəstənin vəziyyəti çox təəssüflər olsun ki, ağır olaraq qalıb. 31 Mart 2018- ci ildə Məmmədova Türkan vəfat edib. Yenə bir ailə faciəsi baş verib.
Sizə bunu yazmaqda məqsədimiz budur ki, bu ana ölümündə əsl günahkarları tanıyın. Onların təxribatı ucbatından yenə günahsız bir həkim güdaza getməsin. Haqq, ədalət öz yerini tapsın. Sizdə bilin ki, öz günahlarını başqasının üstünə atan adamlar var. Artıq haqsızlıq olmasına imkan verməyək
. Şəki şəhərinin 3 həkimi: baş həkim, ümumi cərrah Novruzov Azad, üm. cərrah Abdullayev Rafael və Xalid “həkim” savadsızlıqdan, qeyri – peşakarlıqdan, məsuliyyətsizlikdən cinayət törədiblər. İnsanlıqdan uzaq olaraq iki körpənin anasız qoyul masına göz yummayaq. Belə həkimlərə görə daha çox qurbanlar verməyək. Bizləri yalnış yönləndirmələrinə imkan verməyək. Hər kəs onları tanısın və cəzalansınlar!. Allah Türkan bacımıza rəhmət eləsin və ailəsinə səbr versin!”

Tarix: 4-04-2018, 21:43
Xəbəri paylaş





Xəbər lenti