Vətəndaşın haqqını tapdayan Abid Şərifov haqdan danışır VİDEO


Baş nazirin müavini Abid Şərifov Bayıl sürüşmə zonasından 100-ə yaxın ailənin köçurüləcəyini bildirib.

Abid Şərifovun haqq söhbəti tamamilə qeyri-səmimi yanaşmadır. İlk növbədə ona görə ki, elə həmin Sovetskidə yaşayanlara qarşı haqsızlıq edilərək real bazar qiymətindən aşağı kompensasiyalar ödənildi və onların hətta böyük etirazları oldu. O zaman hakimiyyət həbslər yolu ilə adamların etirazını yatırtdı.Digər böyük haqsızlıq qanunsuz hesab olunan tikililərdə yaşayanlara qarşı edilir. Qanunsuz elan etməklə onlara az kompensasiya ödənilməsi qərarı hakimiyyətin vətəndaşlara çox pis münasibətini bir daha sübut edir. Heç kimə sirr deyil ki, o tikililərin hamısının sahibləri vəzifəli şəxslərə böyük məbləğdə rüşvət ödəməklə tikililərə qeyri-rəsmi icazə alıblar. Həmişə olduğu kimi ara yerdə qazanan məmurlar olur. Bunu isə indi haqdan danışan Abid Şərifov da yaxşı bilir.

Abid Şərifov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, Bayıl sürüşmə zonasında tikinti aparmaq qadağandır: “97 evin heç biri rəsmiləşdirilməyib. İcazələri yoxdur. “Sovetski”dəki sakinlərin evrləri babasından, atasından qalıb. Oradakı evlərin sənədləri var. Bir də var özbaşına tikilən ev. Bu iki evin qiyməti və ödəniləcək kompensasiya eyni ola bilməz. Gərək haqq ilə danışaq”.


Tarix: 4-04-2018, 22:02
Xəbəri paylaş





Xəbər lenti